MARAQLI

“Bayraktar TB3 SİHA” növbəti sınaqdan uğurla keçdi: 30 min metr yüksəkliyə qalxdı – FOTO/VİDEO

Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan milli “Bayraktar TB3 SİHA” hava cihazı növbəti sınaqdan da uğurla keçib və 30 min fut yüksəkliyə qalxıb. İlk uçuşunu 27 oktyabr 2023-cü ildə edən və orta hündürlükdə performans testlərindən uğurla keçən “Bayraktar TB3 SİHA” yüksək hündürlük sınağını da uğurla başa vurub. Uçuş Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq […]

MARAQLI

Sevgililər Günü üçün ən romantik hədiyyələr siyahısına daxil edilən 150 min dollarlıq yuxu – FOTO

Fevralın 14-dü, Sevgililər Günü üçün seçilən ən romantik hədiyyələrdən biri sosial şəbəkələrdə diqqət çəkib. “Forbes”in məlumatına görə, 150 min dollarlıq mükəmməl yuxu, ən romantik hədiyyələr siyahısına daxil edilib. ABŞ-nin Kaliforniya ştatının Beverli-Hills şəhərində yerləşən “The Peninsula” dəbdəbəli hoteli öz qonaqlarına Sevgililər Günü üçün mükəmməl gecə və yuxunu təcrübədən keçirməyi təklif edir. Qonaqlar hotelə gəldikdən sonra onlara dəbdəbəli […]

MARAQLI

Al Kaponeyə məxsus olan torpaq sahəsi satışa çıxarılıb – FOTO

ABŞ-nin Çikaqo ştatından olan məşhur qanqster Al Kaponeyə məxsus malikanənin yerləşdiyi Palm-Biçdə yerləşən torpaq sahəsi 23,9 milyon dollara satışa çıxarılıb. Qeyd olunub ki, ərazinin sahəsi 2 800 kvadratmetr təşkil edir, bura təxminən 30 metr uzunluğunda olan şəxsi çimərlik də daxildir. Al Kapone bu ərazini 1928-ci ildə 40 000 dollara müstəmləkə üslubunda malikanə ilə birlikdə alıb. […]

MARAQLI

Bakıda sürücüləri çətinə salan durum: “Elə bilirəm, yol keçir, sən demə, avtobus gözləyir” – AÇIQLAMA + FOTO

Bakıda, Abbas Mirzə Şərifzadə küçəsində, piyada keçidi və avtobus dayanacaq məntəqəsi eyni nöqtədə yerləşir. Oxu.Az bildirir ki, bu barədə sosial şəbəkə istifadəçisi paylaşım edib. O qeyd edib ki, hər dəfə maşınla keçəndə piyadalara yol verir, sonra görür ki, sən demə, avtobus gözləyirlərmiş. Onun sözlərinə görə, keçiddə daha bir problem – maşınların zolağa yaxın məsafədə park […]

MARAQLI

Türkiyəli astronavt Gezeravcının kosmos səyahəti bu gün başa çatır – FOTO/VİDEO

İlk türkiyəli astronavt Alper Gezeravcının kosmos səyahəti bu gün başa çatacaq. O, Türkiyə vaxtı ilə saat 17:50-də (Bakı vaxtı ilə 18:50) Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılacaq. Bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır xəbər verib. Onun sözlərinə görə, komandanın stansiyadan gedişi “Axiom Space” şirkətinin sosial media hesabından canlı yayımlanacaq. “BKS-də vida mərasimi […]

MARAQLI

Fahrettin Kocadan xeyirxahlığına qəddarlıqla cavab verilən sürücü barədə kədərli açıqlama – FOTO/VİDEO

İzmirdə müştəri kimi taksiyə mindirdiyi D.A. (19 yaş) tərəfindən silahla vurulan Oğuz Erge müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca  xəbər verib: “İctimaiyyətdə yayılan görüntülər böyük kədərə səbəb olub, çünki xeyirxahlığa qəddarlıqla cavab verilib. Cinayətkarın layiq olduğu cəzanı alacağına heç bir şübhəmiz yoxdur. Mərhuma Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm”, – deyə […]

MARAQLI

285 yaşlı limon hərracda 1780 dollara satılıb

İngiltərədə 285 yaşlı limon hərracda satılıb. Alıcı bunun üçün 1780 dollar ödəyib. Məlumata görə, “Brettells” hərrac evinə 19-cu əsrə aid şkaf gətirib. Mütəxəssis onu hərraca çıxarmaq üçün nadir əşyanın şəklini çəkən zaman siyirmələrindən birində limon görüb. Limonun üzərində 1739-cu il noyabrın 4-də Miss Baxsterə verildiyi barədə yazı olub. Meyvənin də tarixi dəyəri olduğuna qərar verən […]

MARAQLI

Avstraliyada oyuncaq avtomatına girən üç yaşlı uşaq ətrafdakılara həyacan dolu anlar yaşadıb – FOTO/VİDEO

Avstraliyada uşaq oyun avtomatına girib və özü oradan çıxa bilməyib. Qeyd olunur ki, üç yaşlı İtan cəmi iki saniyə ərzində mükafat paylama pəncərəsindən kran-maşınının içərisinə daxil olub. Atası yaxınlıqda olsa da, bu hadisə nəzərindən qaçıb. Beləliklə, uşaq tələyə düşüb. Baş verənlərdən xəbər tutan polis dərhal ticarət mərkəzinə gəlib və balaca “məhbusu” xilas etmək üçün plan […]

MARAQLI

XIX əsrdə batan sirli yelkənli gəmi Kanada sahillərində peyda oldu – FOTO/VİDEO

Kanadada XIX əsrdə batan gəminin müəmmalı qalıqları Nyufaundlend əyalətində sahilə çıxıb. Qeyd olunur ki, gəminin qalıqlarını 21 yaşlı Qordon Blekmor quş ovu zamanı aşkar edib. Bir çox turistlər və yerli sakinlər köhnə gəminin qalıqlarına baxmaq üçün Keyp-Rey kəndinə axın etməyə başlayıblar. Nyufaundlendin Qəzaya uğramış gəmilərin mühafizəsi cəmiyyətinin prezidenti Nil Bercess yelkənli qayığın 1800-cü illərdə tikildiyini […]

MARAQLI

İstirahət mərkəzində dəhşətli anlar: Kaliforniyalı yeniyetmə kanatdan yıxıldı – VİDEO

Kaliforniyada 16 yaşlı qız doqquz metr hündürlükdən – kanatdan yıxılıb. Hadisə şahidi həmin an baş verənləri öz telefonu ilə qeydə alıb. Xoşbəxtlikdən o kanatda sallandığı müddətdə işçilər yerdə fövqəladə hallar üçün nəzərdə tutulan qoruyucu örtüyü aça biliblər. Qız həmin örtüyün üzərinə düşüb. Hazırda o, xəstəxanaya yerləşdirilib. Məlumata görə, hadisəyə səbəb yeniyetmənin ehtiyatsızlıq etməsi və oturacaqda […]