MARAQLI

Fahrettin Kocadan xeyirxahlığına qəddarlıqla cavab verilən sürücü barədə kədərli açıqlama – FOTO/VİDEO

Sharing is caring!


İzmirdə müştəri kimi taksiyə mindirdiyi D.A. (19 yaş) tərəfindən silahla vurulan Oğuz Erge müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca  xəbər verib:

“İctimaiyyətdə yayılan görüntülər böyük kədərə səbəb olub, çünki xeyirxahlığa qəddarlıqla cavab verilib. Cinayətkarın layiq olduğu cəzanı alacağına heç bir şübhəmiz yoxdur. Mərhuma Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm”, – deyə o vurğulayıb.

Xatırladaq ki, qorxunc hadisə fevralın 1-nə keçən gecə baş verib. 44 yaşlı O.Elge maşını nasaz olduğundan evinə qayıtmaq istəyərkən yolda, soyuqda qalan gənci görüb və onu da ünvanına aparmaq qərarına gəlib (bu barədə maşına quraşdırılan kamerada qeydə alınan söhbətdən məlum olub).

Ancaq mənzil başına çatanda D.A. pul vermək əvəzinə sürücüyə tapançası ilə üç dəfə atəş açıb və “bəzi adamlara etibar etməməlisən”, – deyərək, onun telefonunu və qulaqlığını götürüb hadisə yerini tərk edib.

Bununla belə, o çox uzağa gedə bilməyib. Hüquq-mühafizə orqanları 19 yaşlı şübhəlinin izinə düşərək onu saxlayıblar. Hadisə ilə bağlı cinayət işi açılıb.

Mənbə: CNN Türk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir