Kriminal

Sonuncu şahid: Müdirin etdiyinə dözməyən ər arvadının qurbanı oldu – VİDEO

Qadın ərini ürəyindən bıçaqlayaraq öldürüb. Belə ki, Rafael (Adlar şərtidir) bir aydan çoxdur işdən qovulmasına baxmayaraq, hər səhər iş adı ilə evdən çıxırdı. O, eyni küçələrlə fikirli-fikirli addımlayır, nə edəcəyini və hara gedəcəyini bilmirdi. Bəzən avtobus dayanacağında əyləşir, metro ilə bir stansiyadan digərinə gedir, bəzən də yeraltı keçidlərdə gəzişirdi. O, hər gün günorta saatlarında köhnə […]

Kriminal

İmişlidə silahlı narkotik satıcıları ələ keçdilər

İmişlidə polisin keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Salyan rayon sakinləri Allahşükür Yusibov və Elçin Abdullayev saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin şəxslərdən altı kiloqram narkotik vasitə marixuana, tiryək, metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, həmçinin “TT” markalı tapança və həmin silaha aid […]

Kriminal

Hakimdən qalmaqallı qərar: İki milyonluq dələduzluqda ittiham olunan şəxs azadlığa buraxıldı

İki milyonluq qalmaqalda ittiham olunan Anar Pənahlı barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib. “Qaynarinfo”ya daxil olan məlumata görə, Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədova Anar Pənahlı barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. Hakimin bu qərarı zərərçəkənlərin narazılığına səbəb olub. Məlumata görə, […]

Kriminal

Yüksək səslə domino oynadı: Cərimə olundu

Gəncə şəhərində kafedə yüksək səslə domino oynayan şəxs saxlanılıb.  “Qaynarinfo”nun məlumatına görə, hadisə şəhərdə yerləşən “Kolorit” kafesində baş verib.  Belə ki, yüksək səslə domino oynayan 1978-ci il təvəllüdlü Azər Cəbiyevə (ad-soyad şərti) kafeninin xanım sahibi irad bildirib. İraddan sonra sakitləşməyən müştərinin oradan çıxarılması üçün hadisə yerinə polis əməkdaşları çağırılıb.  Polis əməkdaşları gələrək onu müayinəyə aparmaq […]

Kriminal

Bakıda üç nazirlikdən ƏMƏLİYYAT: Silah-sursatı götürüb, qumbaranı partlatdılar

Bakıda vətəndaşdan silah-sursat aşkar edilərək götürülüb. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat verib. Bildirilib ki, qurumun əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Niyaməddin Həsənova məxsus bir ədəd “RQ-42” markalı əl qumbarası, bir ədəd UZRQM partladıcısı, bir ədəd MPT markalı avtomatik tüfəng, 5,45 mm çaplı səkkiz ədəd avtomat patronu […]

Kriminal

Qobustanda qadın öldürüldü, əri intihara cəhd etdi

Qobustanda kişi arvadını öldürüb, sonra özünə xəsarət yetirib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, martın 2-də saat 11:30-da Qobustan rayonunda 1982-ci il təvəllüdlü Günel Tahir qızı Sadıqovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü G.Sadıqovanın həyat yoldaşı Mürsəl Əlislam oğlu Cabbarov […]

Kriminal

Qaziyə xəsarət yetirən idmançıya hökm oxunub – VİDEO

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə iş vaxtı xəsarət yetirən idmançı Rəvan Nəbizadəyə hökm oxunub. “Report” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda R.Nəbizadəyə 3 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 22:00-dan səhər 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək […]

Kriminal

Narkoman sürücü Bakıda insanların həyatını təhlükəyə atdı – ANBAAN VİDEO

Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün VAZ-2106 markalı, 90-TK-116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, […]

Kriminal

Yevlaxda qətl: Qadının əri könüllü təslim oldu

Yevlax şəhərində qətl törədilib. Yevlax Rayon Prokurorluğundan Oxu.Az-a bildirilib ki, fərdi yaşayış evlərindən birində martın 2-də, saat 3 radələrində 1987-ci il təvəllüdlü Laləzar Bəkirovanın öldürülməsi barədə məlumat alıblar. İlkin araşdırmalarla 1986-cı il təvəllüdlü Həsrət Bəkirovun ailə münasibətləri zəminində arvadı Laləzar Bəkirovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Həsrət Bəkirov […]