Kriminal

Ağsuda sərxoş və narkotik vasitənin təsiri altında olan sürücülər saxlanıldılar

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə avtomobil idarə edən Rafiq Umudov və narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən Fərəc İsgəndərzadə saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, saxlanılan zaman R.Umudov polis əməkdaşlarının qanuni tələbinə məhəl […]

Kriminal

Azərbaycanda bloqer məktəbliyə şikayət edib? – DİN araşdırma aparır

Bakıda valideyn övladının sinif yoldaşının anası tərəfindən zorakılığa məruz qaldığını deyir.  Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Seymur Musayev müraciət edib. Onun sözlərinə görə, övladı ilə 7-ci sinif şagirdi arasında mübahisə düşüb: “Uşaqdırlar, bu kimi hallar yaşana bilər. Amma digər uşağın valideyninin haqqı yoxdur ki, gəlib mənim övladıma qarşı məktəbdə zorakılıq etsin”.  Atanın iddiasına əsasən, övladı ilə mübahisəli olan […]

Kriminal

Salyanda ana və oğlu öldürüldülər – Yaxın qohumları saxlanıldı

Martın 1-də saat 16 radələrində Salyan rayonunun Pambıqkənd kəndi ərazisində 1963-cü il təvəllüdlü Rahilə Əliyeva və onun oğlu 1992-ci il təvəllüdlü Bəhruz Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bununla bağlı Salyan Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı 1981-ci il təvəllüdlü Ziya Əliyevin aralarında yaranmış mübahisə zamanı kəsici alətlə zərbələr endirərək qardaşı […]

Kriminal

Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb – FOTO

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbir zamanı Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Surac Mahmudov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, ondan bir kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib. Araşdırma zamanı S.Mahmudovun sosial şəbəkələrdə tanış olduğu İran […]

Kriminal

Azərbaycanda təhsil şöbəsi məktəbdəki insidentlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Şərur Rayon Təhsil Şöbəsi tərəfindən müxtəlif sosial şəbəkə ünvanlarında və media saytlarında rayonunun Muğancıq Mehrab kənd tam orta məktəbinin şagirdinin digər şagird yoldaşlarına qarşı kobud rəftarı ilə bağlı yayılan məlumatdan sonra məsələ ilə bağlı komissiya yaradılıb. Təhsil şöbəsindən verilən xəbər görə, komissiya üzvləri adıçəkilən təhsil müəssisəsində araşdırma aparıblar və məlum olub ki, həmin şagird məktəbdə […]

Kriminal

Narkoloji Mərkəzin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olundular

Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin (PHŞ) vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən qanunsuzluqların aşkar […]

Kriminal

Ötən gün ölkə ərazisində 43 kiloqrama yaxın narkotik aşkarlanıb

Polis əməkdaşları ötən gün ölkə ərazisində 43 kiloqrama yaxın narkotik aşkarlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 15 kiloqrama yaxın heroin, 27,6 kiloqramdan çox marixuana, 200 qrama yaxın tiryək və metamfetamin, həmçinin 833 ədəd metadon həbi olub. Xeberal.az

Kriminal

Bakıda həmyerlisini öldürən əcnəbi ilə bağlı məhkəmə qərarı açıqlandı

Bakı Apellyasiya Məhkəməsində paytaxt ərazisində qısqanclıq zəminində həmyerlisini öldürməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan Tiangangın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətə azadlıqdan […]

Kriminal

Məhkəmə azyaşlını maşınla vuraraq öldürən sürücü ilə bağlı qərar çıxardı

Şəki Apellyasiya Məhkəməsində Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurullah Dibirovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Balakən Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay müddətə azadlıqdan məhrum […]

Kriminal

Tanışını qız söhbətinə görə öldürən şəxsə AĞIR CƏZA

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qətl təqsirləndirilən Fərid Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, 2023-cü il iyulun 22-də saat […]