Kriminal

Sonuncu şahid: Müdirin etdiyinə dözməyən ər arvadının qurbanı oldu – VİDEO

Sharing is caring!


Qadın ərini ürəyindən bıçaqlayaraq öldürüb.

Belə ki, Rafael (Adlar şərtidir) bir aydan çoxdur işdən qovulmasına baxmayaraq, hər səhər iş adı ilə evdən çıxırdı. O, eyni küçələrlə fikirli-fikirli addımlayır, nə edəcəyini və hara gedəcəyini bilmirdi. Bəzən avtobus dayanacağında əyləşir, metro ilə bir stansiyadan digərinə gedir, bəzən də yeraltı keçidlərdə gəzişirdi. O, hər gün günorta saatlarında köhnə iş yerinə – təsərrüfat malları dükanına baş çəkir, gizlincə dükana baxırdı.

Rafael son 1 həftədir pulu bitdiyindən evə ərzaq belə ala bilmirdi. Bu səbəbdən həyat yoldaşı Vəfa ilə aralarında problem yaranırdı. Bir gün Vəfa “bu nədir almısan, nə olub?” deyə soruşanda Rafael “müdir maaşımı vermir, işdə sıxıntılar var” deyə cavab verir.

Həmin gecə Vəfa bir daha həyat yoldaşından “necə olacaq bəs bu maaş məsələsi?” deyə soruşanda Rafael onun üstünə qışqırır və Vəfaya bir sillə vuraraq yataq otağını tərk edir.

Rafael ertəsi gün köhnə iş yerinə gələrək müdirindən onu yenidən işə götürməsini istəyir. Amma müdiri onu dükandan qovur.

Rafael evə gəlir və Vəfaya hər şeyi etiraf edir. Aralarındakı küskünlük və mübahisə daha da qızışır. Rafael Vəfanın boğazını sıxaraq onu təhqir edir. Vəfa Rafaelin əlindən qaçaraq mətbəxdən bıçaq götürür və Rafaeli ürəyindən bıçaqlayır.

Daha ətraflı Baku TV-nin videosüjetində:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir