Kriminal

On gün qabaq arvadını baltalayan kişi öldü

Lənkəranda arvadına və özünə xəsarət yetirən şəxs ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisəni törədən Şahəddin Məlikov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışdı. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.  Qeyd edək ki, hadisə Lənkəran rayonunun Mamusta kəndində baş verib. 1955-ci il təvəllüdlü Ş.Məlikov həyat yoldaşına balta ilə, daha sonra isə özünə bıçaqla xəsarət yetirmişdi. […]

Kriminal

16 yaşlı qızın uşağı oldu: Atası əvvəlcə imtina etdi

Lənkəranda 16 yaşlı qızın hamilə qalması və oğlan uşağı dünyaya gətirməsindən sonra açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə açılmış iş üzrə Lənkəran şəhər sakini, 1965-ci il təvəllüdlü Ruslan Hüseynov (ad və soyad şərtidir) təqsirləndirilib. Aparılan ibtidai istintaq […]

Kriminal

Bakıda tanış olduğu “qadın”la kinoya getmək istəyi kişiyə baha başa gəldi

Bakıda kişi sosial şəbəkədə dələduzluqla üzləşib. Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidməti məlumat yayıb. Belə ki, bir kişi tanışlıq proqramında qadınla tanış olub. Qarşı tərəf ona kinoya getməyi təklif edib və bilet almaq üçün link göndərib. Kişi də həmin linkə daxil olub və özünün bütün bank kartı məlumatlarını əlavə edib. Nəticədə tanış olduğu “qadın” onun […]

Kriminal

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda adam oğurluğu ilə məşğul olan əcnəbi ƏLƏ KEÇDİ – VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına dair məlumat əldə edilib. Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Araşdırmalar zamanı müəyyən olunub ki, Pakistan vətəndaşı, 1992-ci […]

Kriminal

Xankəndidə 11 qumbara və digər silahlar aşkarlanıb

Xankəndidə 11 qumbara və digər silahlar aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 14-də Xankəndi şəhəri ərazisindən bir avtomat silahı, bir tüfəng, 11 qumbara, 28 patron darağı, üç alışdırıcı, 3 200 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb. Xeberal.az

Kriminal

Verilişə görə atasını öldürən qadın: “Bıçaq zərbələrinin sayı yadımda qalmadı”

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. Pravda.az xəbər verir ki, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, atası Qubad Əliyevi avqust ayında təxminən saat 09 radələrində evdə olan […]

Kriminal

Avropa Birliyinin azərbaycanlı mühasibi Zərifə Abbasova axtarışa verildi – 983 min 254 manatı necə “fırladıb”?

Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin keçmiş mühasibi Zərifə Abbasova axtarışa verilib. XəbərAl.az xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Belə ki, təqsirləndirilən şəxs məhkəmə prosesinə gəlmədiyi üçün barəsində həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib. Bildirilib ki, o, tutulana kimi prosesin icraatı dayandırılıb. Xatırladaq ki, […]

Kriminal

“Ciyər axşamı”nda qardaşı oğlunu dəmir parçası ilə döyən şəxs məhkəmə zalında həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində Salyanda xuliqanlıqda təqsirləndirilən Ağabala Babayevin barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.  Salyan Rayon Məhkəməsinin hökmü ilə Ağabala Babayev iki il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. İttihama görə, […]

Kriminal

Arvadını xəyanətə görə öldürən şəxsə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda arvadını öldürməkdə təqsirləndirilən Murad Zamanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Murad Zamanov 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 20 sentyabr 2023-cü il tarixdə, gecə saat 2 radələrində […]

Kriminal

Rüsvayedici məlumatlar yayacağı ilə hədələdi, minlərlə manat pulunu aldı – FOTO

Biləsuvarda hədə-qorxu ilə 10 min manat pul tələb edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Biləsuvar rayon sakini olan bir nəfər polisə müraciət edərək rayonun Ovçubərə kənd sakini İsmayıl İsmayılovun hədə-qorxu yolu ilə ondan pul tələb etdiyini bildirib. Araşdırmalarla İ.İsmayılovun həmin şəxsdən barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi […]