Kriminal

İnterpol xətti ilə tutulan kriminal aləm üzvünün istintaqı başa çatıb

Adam oğurluğunda təqsirləndirilən Əli Hüseynlinin cinayət işi üzrə istintaq başa çatıb. APA-nın məlumatına görə, Ə.Hüseynlinin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək. Qeyd edək ki, Şirvan şəhər sakini, 23 yaşlı Əli Hüseynli 39 yaşlı “qanuni oğru”, […]

Kriminal

Bakıda gənc oğlan naməlum şəraitdə qarnından xəsarət alıb

Bakının Nərimanov rayonunda 28 yaşlı oğlan naməlum şəraitdə xəsarət alıb. APA xəbər verir ki, hadisə Nəcəf Nərimanov küçəsində baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Dilbazi Nicat Fuad oğlu qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarəti ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat olunub. Yaralı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına bildirib ki, onun qarın nahiyəsinə […]

Kriminal

Bakıda 45 yaşlı kişi bıçaqlanıb

Bakının Suraxanı rayonunda 45 yaşlı kişi bıçaqlanıb. APA xəbər verir ki, hadisə Əmircan qəsəbəsi, C.Əliyev 32 ünvanında baş verib. 1974-cü il təvəllüdlü Kazımov Qurban Əliyar oğlu tanımadığı şəxslə mübahisə edib. Nəticədə o, bir neçə bıçaq xəsarəti alıb. Q.Kazımov təcili olaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin və sol bazunun kəsilmiş-deşilmiş yarası diaqnozu […]

Kriminal

Bakıda fəhlə tikinti zamanı yıxılaraq ağır xəsarət alıb

Bakının Xətai rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Əliyev Zəka Arzuman oğlu tikinti işi aparan zaman binanın üçüncü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər Xəstəxanasına çatdırılıb.

Kriminal

Şirvana ezam olunmuş Sumqayıt sakininin meyiti tapılıb

Şirvanda ezamiyyətdə olan şəxs sanitar qovşağında ölü tapılıb. APA-nın məlumatına görə, gecə saat 01:00 radələrində Sumqayıt sakini, 1966-cı il təvəllüdlü Abdulllayev Aydın Əşrəf oğlunun meyiti Şirvan elektrik stansiyasına məxsus fərdi yaşayış motelinin sanitar qovşağında aşkar olunub. Hadisə yerinə gedən təcili tibbi yardım biriqadası onun artıq öldüyünü təsdiq edib. Daha sonra meyit müayinə olunması üçün Şirvan […]

Kriminal

Sabunçu rayonunda 2 maşın toqquşub, 2 nəfər xəsarət alıb

Kürdəxanı dairəsində baş verən qəza zamanı İlqar adlı şəxsin idarə etdiyi “VAZ 21012” markalı minik avtomobili ilə Cavid adlı şəxsin idarə etdiyi “Volkswagen Passat” markalı maşın toqquşub. APA xəbər verir ki, ilkin məlumata görə, hadisə “Volkswagen”-in geriyə dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Qəza zamanı “VAZ 21012”-də olan sürücü İlqar və onun həyat […]

Kriminal

Suraxanıda 19 yaşlı oğlanı maşın vuraraq ağır xəsarət yetirib

Suraxanı rayonunun Ramana qəsəbəsində minik avtomobili 2010-cu il təvəllüdlü İbrahimli Həsən Emil oğlunu vurub. APA xəbər verir ki, hadisə H.İbrahimlinin yaşadığı evin yaxınlığında baş verib. Ağır xəsarət alan yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Kriminal

Mingəçevir çimərliyində 39 yaşlı kişi bir neçə şəxs tərəfindən döyülüb

Mingəçevir çimərliyində istirahət edən şəxslərlə ərazidə məskunlaşan məcburi köçkün ailəsi arasında dava yaranıb. APA-nın məlumatına görə, hadisə Mingəçevir Su Anbarında yerləşən və “Üçüncü buxta” adlanan çimərlikdə baş verib. Belə ki, keçmiş turist bazası ərazisində məskunlaşan məcburi köçkün 39 yaşlı Kəlbəcər rayon sakini Məmişov Niyaməddin Müseyib oğlu və həyat yoldaşı Məmişova Aynurə İsax qızı ilə çimərlikdə […]

Kriminal

Həyat yoldaşı və qayınanasını öldürmək istəyən şəxsin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə həyat yoldaşı və qayınanasına öldürməyə cəhddə təqsirləndirilən 1987-ci il təvəllüdlü Elnar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 25-ə təyin edilib. Qeyd edək ki, bu il fevralın 14-də Elnar Cəfərov mübahisə nəticəsində […]

Kriminal

Elinanın qəbri təhqir olundu – Cinayət işi açıldı

“Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı cinayət işi üzrə Komission-Ekspertiza yekunlaşıb”. Bu barədə vəkil Emin İsayev Unikal.org-a məlumat verib. O bildirib ki, E.Hacıyevanın işi üzrə Komission-Ekspertiza Bakı Şəhər Prokurorluğuna göndərilib. Vəkilin sözlərinə görə, E.Hacıyevanın qəbrinin üzərində təhqiredici hərəkətlərin edilməsi ilə bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) […]