Kriminal

Bakıda gənc oğlan naməlum şəraitdə qarnından xəsarət alıb

Sharing is caring!

Bakının Nərimanov rayonunda 28 yaşlı oğlan naməlum şəraitdə xəsarət alıb.

APA xəbər verir ki, hadisə Nəcəf Nərimanov küçəsində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Dilbazi Nicat Fuad oğlu qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarəti ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat olunub.

Yaralı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına bildirib ki, onun qarın nahiyəsinə dəmir batıb. Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir