Kriminal

Bakıda 45 yaşlı kişi bıçaqlanıb

Sharing is caring!

Bakının Suraxanı rayonunda 45 yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Əmircan qəsəbəsi, C.Əliyev 32 ünvanında baş verib. 1974-cü il təvəllüdlü Kazımov Qurban Əliyar oğlu tanımadığı şəxslə mübahisə edib. Nəticədə o, bir neçə bıçaq xəsarəti alıb.

Q.Kazımov təcili olaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin və sol bazunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir