Kriminal

Bakıda ana həbsdə olan oğluna heroin keçirərkən tutulub

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb. Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 28; 317.3; 317.2.1; 66.3; 67.1; 120.2.1; 120.2.11; 180.1; 234.1; 66.2 və 67.1-ci maddələrinə əsasən 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda […]

Kriminal

Bakıda oğul atasını bıçaqlayıb

Bakının Xətai rayonunda oğul atasını bıçaqlayıb. APA-nın məlumatına görə, hadisə rayonun R.Məmmədov küçəsində baş verib. Haqverdiyev Mübariz Talıb oğlu övladı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı təcili olaraq xəstəxanaya aparılıb. M.Haqverdiyev dərhal cərrahi əməliyyat edilib. Vəziyyətinin hazırda ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Kriminal

Bakıda tikintidə baş verən ölüm faktı ilə bağlı ibtidai istintaq başa çatıb

Bakıda tikintidə baş verən ölüm faktı ilə bağlı təqsirləndirilən Oqtay İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi Suraxanı rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Kəramət Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək. Qeyd edək ki, bu il martın 8-də saat 15 radələrində Suraxanı […]

Kriminal manset

MİNGƏÇEVİRDƏ ÖZÜNÜ YANDIRAN APREL QAZİSİ VƏFAT ETDİ – İCRA BAŞÇISI HADİSƏNİ GİZLƏTMƏYƏ ÇALIŞIR

Xəbər verdiyimiz kim, 28.06.2019-cu il tarixdə gecə saat 23:30 radələrində Mingəçevir Mərkəzi Xəstəxanasının qarşısında etraz məqsədi ilə özünü yandıran İmamverdi İsmayılov Mingəçevir Mərkəzi Xəstəxanasında dünyasın dəyişib. Mərhum xəstəxanada olan özbaşınalığa, süründüməçiliyə və həkim səhlənkarlığına etira olaraq öz üzərinə berzin tökərək odlamışdır. Bədəninin 60% yanan aprel qazisi, bu gün gündüz saat 01:45 radələrində dünyasını dəyişən Mingəçevir […]

Kriminal

30 yaşlı kişini ürəyindən bıçaqladılar

Abşeron rayonu, Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə,1989-cu il təvəllüdlü Elxan Əliyev tanımadığı şəxslə mübahisə edib. Dava zamanı ona bıçaqla xəsarət yetirilib. Ürək nahiyəsindən xəsarət alan yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Kriminal

Həyətini “çətənə meşəsi”nə çevirən Zaqatala sakini saxlanıldı

Zaqatala sakininin istixanasından 335 ədəd narkotik bitki hesab edilən çətənə kolları və 117 ədəd çətənə bitkilərinin şitilləri aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayonu Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Ramazanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Kriminal

Bakıda DƏHŞƏT: Qardaş gecə klubunda işləyən bacısını öldürdü

Bakıda qətl hadisəsi olub. Xeberal “Report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, Xaqani bağı ərazisində qeydə alınıb. Pərvanə adlı 21 yaşlı qız (soyadı dəqiqləşdirilir -red) qardaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və cərrahi əməliyyat edilib. Lakin həkimlərin səyinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. O, […]

Kriminal

Saray qəsəbəsində “Mersedes” piyadanı vuraraq ağır xəsarət yetirib

Saray qəsəbəsində 1993-cü il təvəllüdlü Əsgərov Sərvər Qismətəli oğlu “Mersedes” markalı avtomobil tərəfindən vurulub. APA xəbər verir ki, hadisə nəticəsində piyada ağır xəsarət alıb. S.Əsgərov dərhal 1 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə barəsində polisə məlumat verilib. Faktla bağlı araşdırma başlanılıb.