Kriminal

Şirvana ezam olunmuş Sumqayıt sakininin meyiti tapılıb

Sharing is caring!

Şirvanda ezamiyyətdə olan şəxs sanitar qovşağında ölü tapılıb.

APA-nın məlumatına görə, gecə saat 01:00 radələrində Sumqayıt sakini, 1966-cı il təvəllüdlü Abdulllayev Aydın Əşrəf oğlunun meyiti Şirvan elektrik stansiyasına məxsus fərdi yaşayış motelinin sanitar qovşağında aşkar olunub.

Hadisə yerinə gedən təcili tibbi yardım biriqadası onun artıq öldüyünü təsdiq edib. Daha sonra meyit müayinə olunması üçün Şirvan Məhkəmə Tibbi ekspertiza və Patoloji Anatomiya mərkəzinə təhvil verilib. Onun hansı səbəbdən öldüyü tibbi ekspertizanın rəyindən sonra aydınlaşacaq.

Qeyd edək ki, A.Abdullayev Şirvan elektrik stansiyasında fəhlə işləyirmiş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir