İncəsənət

Afaq Bəşirqızının səhhətində problem yarandı

Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb.  XəbərAl.az xəbər verir ki, bu barədə “Elgizlə izlə” proqramında məlumat verilib. Verilişin aparıcısı Elgiz Əkbər qeyd edib ki, aktrisa 1995-ci ildən ağır arterozdan əziyyət çəkir. Bildirilib ki, xəstəlik ağır formada yenidən qayıdıb: “Xəstəlik bədənə yayıldıqca yerimək və iş görmək qabiliyyəti çətinləşib. Dörd dəfə əməliyyat olunub. Dizində, belində əməliyyatlar edilib. […]

İncəsənət

Məşhur əsərin üzərindəki “Yalnız bir dəli çəkə bilər” qeydinin müəllifi müəyyən olunub – FOTO

Rəssam Edvard Munkun “Fəryad” əsərinin üzərində “Yalnız bir dəli çəkə bilər” adlı kiçik qeydin müəllifinin rəssamın özü olduğu ortaya çıxıb. Bu barədə “New York Times” xəbər yayıb. Uzun illər dünyanın ən tanınmış əsərlərindən birinin üzərindəki qeydin qalereyada narazı tamaşaçı tərəfindən yazıla biləcəyi düşünülürdü. Lakin artıq rəsm əsərinə sahib olan Norveç Milli İncəsənət, Memarlıq və Dizayn […]

İncəsənət

Əlibaba Məmmədovun qızı vəfat etdi

Xalq artisti Əlibaba Məmmədova ağır itki üz verib.  XəbərAl.az xəbər verir ki, xanəndənin qızı vəfat edib. Əlibaba Məmmədov saytımıza açıqlamasında xəbəri təsdiqləyib: “Bəli, doğrudur. Böyük qızım 1 aydan çoxdur ki, rəhmətə gedib. Həkim çalışırdı, onların işi çox idi. Amma koronovirusdan rəhmətə getməsi barədə deyilənlər yalandır. Atalar övlad çiynində o biri dünyaya yola salınar, amma məndə əksinə […]

İncəsənət

Nizami Gəncəviyə həsr olunan beynəlxalq xalça eskizi müsabiqəsi elan olundu

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyi görkəmli şairə həsr olunan beynəlxalq xalça eskizi müsabiqəsini elan edir. Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlərdən öz xalça eskizlərinin 600 DPI JPEG formatında skan olunmuş versiyasını [email protected] elektron ünvanına 15 may 2021-ci il tarixinədək […]

İncəsənət

Əməkdar rəssam vəfat etdi

Şəki Dövlət Dram Teatrının baş rəssamı, respublikanın Əməkdar rəssamı Qüdrət Məmmədov vəfat edib. XəbərAl.az xəbər verir ki, bu barədə onun sənət yoldaşları məlumat yayıb. Məlumata görə, Q.Məmmədov 85 yaşında dünyasını dəyişib. (Report) Allah rəhmət eləsin!

İncəsənət

Xalq şairi Prezident haqda: “O, mənim gözümün qarşısında böyüyüb“

“Yubleyimdə özümü yaxşı hiss edirəm, bu boyda mükafatdan sonra mənim nə ixtiyarım var ki, deyim yaxşı deyiləm. Adamın əhval-ruhiyyəsi yüksəlir, oyanır və xəstəlik qorxub qaçır”. XəbərAl.az xəbər verir ki, bunu bu gün 90 yaşını qeyd edən Xalq şairi, dramaturq Nəriman Həsənzadə deyib. “İstiqlal ordeni ilə təltif olunan N.Həsənzadə Prezident İlham Əliyevə təşəkkür edib: “Məni “İstiqlal” […]

İncəsənət

Xərçəngdən əziyyət çəkən Xalq artisti üzə çıxdı – Fotolar

Xalq artisti Nisə Qasımova uzun müddət sonra ilk dəfə gündəmə gəlib. XəbərAl.az xəbər verir ki, müğənni İnstaqram səhifəsində yeni görüntülərini yayımlayıb. Xərçəngdən əziyyət çəkən və əməliyyat olunan Qasımova tamaşaçılar üçün darıxdığını bildirib.   İfaçı qeyd edib ki, uzun müddət sonra ARB telekanalında qonaq olub.

İncəsənət

Azərbaycanda çəkilən film “Netflix”də – FOTO/VİDEO

Məşhur “Netflix” platforması ilk dəfə Azərbaycanla bağlı çəkdiyi filmi təqdim edib. Bu gün “Layla Majnun”un premyerası tamaşaçıların ixtiyarına verilib.  Ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında ərsəyə gətirilib. “Netflix İndonesia” tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa […]

İncəsənət

Dünyaca məşhur aktyor 91 yaşında vəfat etdi

“Xoşbəxt Günlər” filmindəki Polkovnik Von Trapp rolu ilə yadda qalan məşhur kanadalı aktyor Kristofer Plammer 91 yaşında vəfat edib. XəbərAl.az xəbər verir ki, Plammer 2012-ci ildə “Beginners” filmindəki roluna görə Ən Yaxşı Köməkçi Aktyor Oskarına layiq görülüb, 2010-cu ildə “The Last Station” və 2018-ci ildə “All the Money in the World” filmləriylə Oskara namizəd göstərilib. O, […]

İncəsənət

Bakı Sağlamlıq Mərkəzi Rəmişin səhhəti ilə bağlı açıqlama yaydı

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. XəbərAl.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, o, yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib: “Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil […]