İncəsənət

Rəsm əsəri 62 milyon dollara satıldı – Foto

İngilis rəssam Saşa Cəfrinin çəkdiyi dünyanın ən böyük kətan rəsm əsəri 62 milyon dollara satılıb. XəbərAl.az xəbər verir ki, Guinness Rekordlar Kitabına düşən bu əsər Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən hərracda satılıb. Bildirək ki, rəsm 70 fərqli parçadan ibarətdir, ölçüsü 17 min kvadratmetrdir, hazırlanması isə 7 aya başa çatıb. XəbərAl.az

İncəsənət

“Elektronikin macəraları”nın aktyoru vəfat etdi

Sovet teatr və kino aktyoru Aleksandr Kazimirov Odessa şəhərində dünyasını dəyişib. XəbərAl.az xəbər verir ki, bu barədə onun həmkarı Yuri Yuşenko feysbukda bildirib. Kazimirov 76 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmır. Qeyd edək ki, A.Kazimirov 1944-cü ildə Ukraynanın Odessa şəhərində anadan olub. Karyerası boyu ərzində 30-dan çox film və serialda çəkilib. Onların arasında “Elektronikin […]

İncəsənət

Aktyor evini satışa çıxardı: “Bilmirəm, nə edim!..”

Uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkən, hamının Ovçu Pirim kimi tanıdığı aktyor Allahverdi Yolçuyev  səhhətinin hələ də pis olduğunu deyib.Yenisabah.az-a danışan sənətçi müalicə üçün xarici ölkələrə getməli olduğunu, lakin buna maddi imkanı olmadığını bildirib:“Səhhətim elə əvvəlki kimidir. Əl əsməsinə Azərbaycanda bir çarə tapa bilmirəm. Müalicəsi xaricdədir, ora getməyə də imkanım yoxdur. Yardım etmək istəyən yoxdur. […]

İncəsənət

Azərbaycan təmsilçisinin “Avroviziya-2021″də ifa edəcəyi mahnı təqdim olundu — VİDEO

İctimai Televiziya və Radio Yayımları Şirkəti Avroviziya-2021 Beynəlxalq Mahnı Müsabiqəsində ölkə təmsilçisi olan Efendinin mahnısını və klipini təqdim edib. İfaçı “Mata Hari” mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq. XəbərAl.az xəbər verir ki, təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birs (keçən il “Cleopatra” mahnısının müəlliflərindən biri idi) və Toni Kornelissendir (o, […]

İncəsənət

Türkiyəli aktyor dünyasını dəyişdi

Türkiyənin ustad aktyor və rejissoru Levent Niş vəfat edib. XəbərAl.az xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. “Türk teatrının dəyərli aktyorlarından biri olan Levent Nişin ölümünü kədərlə öyrəndik. Dövlət teatrlarımızın ustad sənətçisinə Allahdan rəhmət, ailəsinə, sevənlərinə və bütün sənət ictimaiyyətinə başsağlığı veririk”,- deyə açıqlamada qeyd olunub. XəbərAl.az

İncəsənət

Yaşar Nurinin ev muzeyindən eynəyi və mobil telefonu oğurlandı

Mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb. Hadisə mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb. Məlumata görə, bağ evinin bir otağında yaradılmış Ev Muzeyindən Xalq artistinə məxsus eynək, mobil telefon və s. əşyalar oğurlanıb. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım “Report”a açıqlamasında məsələ barədə danışmaq istəmədiyini deyib. Qeyd […]

İncəsənət

Məşhur aktyor vəfat etdi

Türkiyəli aktyor Rasim Öztekin müalicə olunduğu xəstəxanada vəfat edib. Aktyorun ölüm xəbərini səhiyyə naziri Fahrettin Koca sosial şəbəkə vasitəsilə təsdiqləyib. “Rasim Öztekin keçirdiyi ürəktutmasından sonra Dr. Siyami Ersek Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasında göstərilən bütün müdaxilələrə baxmayaraq, həyatını itirib. Televiziya olan hər evdə ailədən biriydi. Başımız sağ olsun”.

İncəsənət

Azərbaycanın tanınmış memarı vəfat etdi

Azərbaycan Memarlar İttifaqının üzvü, əməkdar arxitektor, memar və rəssam Əlibəy Novruzi vəfat edib. XəbərAl.az xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Əlibəy Nəzərli oğlu Novruzi 1942-ci ilin noyabrın 8-də Bakı şəhərində anadan olub. 1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən – 1967-69–cu illərdən başlayır […]

İncəsənət

Rəmişin səhhəti ilə bağlı xəbər var

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti yaxşılaşıb. XəbərAl.az xəbər verir ki, bu barədə gitara ifaçısının xanımı Güllü Hüseynova AzTV-yə müsahibəsində bildirib. O qeyd edib ki, Rəmiş xəstəxanaya gec yerləşdirilsə idi, onu itirə bilərdik: “Həkimlər, tibb bacıları ona çox yaxşı baxırlar. Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Rəmiş nəfəs alır, yenidən həyata göz açıb. […]