İncəsənət

Dünyaca məşhur aktyor 91 yaşında vəfat etdi

Sharing is caring!

“Xoşbəxt Günlər” filmindəki Polkovnik Von Trapp rolu ilə yadda qalan məşhur kanadalı aktyor Kristofer Plammer 91 yaşında vəfat edib.

XəbərAl.az xəbər verir ki, Plammer 2012-ci ildə “Beginners” filmindəki roluna görə Ən Yaxşı Köməkçi Aktyor Oskarına layiq görülüb, 2010-cu ildə “The Last Station” və 2018-ci ildə “All the Money in the World” filmləriylə Oskara namizəd göstərilib. O, 82 yaşında Oskar alan ən yaşlı insan kimi tarixə düşüb.

Plammer ABŞ-ın Konnektikut ştatındakı evində vəfat edib. Bu zaman həyat yoldaşı Elini Taylor yanında olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir