Asiya

Ərdoğan azərbaycanlı professora vəzifə verdi

Sharing is caring!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Aygün Attara vəzifə verib.

XəbərAl.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Giresun Universitetinin sabiq rektoru Aygün Attar Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü seçilib.

Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Azərbaycanın Qubadlı rayonunda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiə edib.

A.Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır.

O, 2019-cu ildə  Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri təyin edilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir