İncəsənət

Azərbaycanda çəkilən film “Netflix”də – FOTO/VİDEO

Sharing is caring!

Məşhur “Netflix” platforması ilk dəfə Azərbaycanla bağlı çəkdiyi filmi təqdim edib.

Bu gün “Layla Majnun”un premyerası tamaşaçıların ixtiyarına verilib. 

Ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında ərsəyə gətirilib.

“Netflix İndonesia” tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub.

Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir