İdman

Qurban Qurbanov: “Bu gün əsl futbol ab-havası var idi”

“Azarkeşlərə təşəkkür edirəm. Bu gün əsl futbol ab-havası var idi. Oyunçulara da minnətdarlığımı bildirirəm”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın “Bayer 04” klubu ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis görüşün sonlarında futbolçularda yorğunluğun hiss edildiyini bildirib: “Qələbə […]

İdman

Xabi Alonso: “Gərgin və çətin oyun alındı”

“Gərgin və çətin qarşılaşma oldu. İlk hissədəki nəticə yaxşı deyildi”. “Report”un məlumatına görə, bunu Almaniyanın “Bayer 04” komandasının baş məşqçisi Xabi Alonso Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. Mütəxəssis cavab matçında səhvləri təkrarlamamağa çalışacaqlarını bildirib: “Sabahdan Bundesliqanı fikirləşə bilərik”. Alonso “Qarabağ”ın güclü kollektiv olduğunu […]

İdman

2024-cü il Avropa çempionatı ilə bağlı futbolçulara müraciət olundu

Avropanın qeyri-hökumət təşkilatları milli futbol komandalarına 2024-cü il Avropa çempionatı ilə bağlı müraciət ediblər. Onlar futbolçulardan həmin dövrdə ekoloji təmiz nəqliyyat növlərindən istifadə etməyi xahiş ediblər. Bu barədə müvafiq məktubları imzalayanlardan biri – Avropa Nəqliyyat və Ətraf Mühit Federasiyası (T&E) xəbər verir. Onlar bildiriblər ki, futbol komandaları insanların düşüncə tərzini və səyahət davranışlarını dəyişməyə kömək […]

İdman

Avropa Liqası: “Roma” rəqibini evdə, “Liverpul” səfərdə darmadağın etdi – VİDEO

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk görüşləri keçirilir. “Brayton”u qəbul edən “Roma” qonaqlara şans verməyib. İtalyanlar ingilislərin qapısından 4 cavabsız top keçirməklə cütün taleyini böyük ehtimalla ilk oyundaca həll edib – 4:0. Səfərdə Praqa “Sparta”sının qonağı olan “Liverpul” da darmadağınla yadda qalıb. Mersisaydlılar ev sahibi komandanı 5 dəfə mərkəzə dəvət ediblər. Çexlərin gücü bu […]

İdman

Ronaldunun komandası öz meydanında uduzdu – VİDEO

Səudiyyə Ərəbistanı Pro Liqasında 23-cü turun görüşləri keçirilir. Çempionluğu iddialı “Ən-Nəsr” tur çərçivəsində “Əl-Raed”i qəbul edib. Ulduz futbolçu Kriştianu Ronaldunun kapitanı olduğu ev sahibi komanda qonaqların öhdəsindən gələ bilməyərək uduzub – 1:3. Kriştianu qarşılaşmada məhsuldarlıqla yadda qalmayıb. Bu nəticədən sonra “Ən-Nəsr” turnir cədvəlində 2-ci pillədə qalır. Komandanın aktivində 53 xal var. “Əl-Raed” 23 xalla 13-cü […]

İdman

Bakının bir sıra yollarında məhdudiyyət tətbiq edilib – SƏBƏB + FOTO

Futbol matçı ilə əlaqədar Bakının bir sıra yollarında məhdudiyyət tətbiq edilib. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən futbol qarşılaşması ilə əlaqədar olaraq Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən metronun “Gənclik” stansiyası istiqamətində, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhrəmov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti […]

İdman

Futzal üzrə Yüksək Liqada XV turun oyunları keçirilib

Futzal üzrə Yüksək Liqada XV turun oyunları keçirilib. Oxu.Az xəbər verir ki, “Record club” “Baku Fire” ilə matça təyin olunan vaxtda çıxmayıb və bu səbəbdən görüş baş tutmayıb. Bu qarşılaşmanın nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək. İkinci oyunda U-19 “Araz-Naxçıvan”a 0:9 hesabı ilə uduzub. Son matçda “Yasamal Bakı” “Neftçi” İK-ya müqavimət göstərə bilməyib – 4:12. […]

İdman

“Barselona”nı Almaniya millisinin sabiq baş məşqçisi çalışdıra bilər

“Bavariya”nın və Almaniya yığmasının keçmiş baş məşqçisi Hans-Diter Flik “Barselona”da Xavinin mümkün xələfləri siyahısına başçılıq edir. Bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) jurnalist Florian Plettenberq məlumat verib. Məlumata görə, bir neçə gün əvvəl katalonların nümayəndələri almaniyalı mütəxəssisin yeni agenti Pini Zahavi ilə görüşüb. Görüşdə Flikin gələcəyi ilə bağlı konkret danışıqlar aparılıb. Qeyd olunur ki, […]

İdman

AFFA oyun zamanı dalaşan “Neftçi” və “Səbail”in futbolçularını cəzalandırıb

AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən “Neftçi” – “Səbail” oyunu zamanı dalaşan hər iki komandanın bir futbolçusunu cəzalandırıb. Oxu.Az xəbər verir ki, görüşün 90-cı dəqiqəsində yaşanan qarşıdurma zamanı “Neftçi”dən Sadiq Məmmədli, “Səbail”dən Elmar Baxşızadə bir-birilərini təpik və yumruqla vurublar. “Səbail”in digər futbolçusu Kərim Orucov 90-cı dəqiqədə qol vurulan zaman rəqibin texniki zonası önündə qeyri-etik jest edib […]

İdman

AFFA dörd komandaya texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında çıxış edən 4 komandaya texniki məğlubiyyət verib. Oxu.Az xəbər verir ki, bunlardan ikisində komandalardan biri təyin edilən vaxtda meydana çıxmayıb, ikisində isə heyətdə yetərsay olmayıb. U-10 Liqasında “Lokomotiv” (Ucar) – “Kürdəmir” görüşündə birincilər, U-11 Liqasında “Aran” (Şirvan) – “Hacıqabul-Şərq” matçında isə ikincilər təyin olunan vaxtda meydanda […]