İdman

Futzal üzrə Yüksək Liqada XV turun oyunları keçirilib

Sharing is caring!


Futzal üzrə Yüksək Liqada XV turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, “Record club” “Baku Fire” ilə matça təyin olunan vaxtda çıxmayıb və bu səbəbdən görüş baş tutmayıb.

Bu qarşılaşmanın nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək.

İkinci oyunda U-19 “Araz-Naxçıvan”a 0:9 hesabı ilə uduzub.

Son matçda “Yasamal Bakı” “Neftçi” İK-ya müqavimət göstərə bilməyib – 4:12.

Qeyd edək ki, “Araz-Naxçıvan” 40 xalla liderdir. “Neftçi” İK 32 xalla ikinci, “Baku Fire” 30 xalla üçüncü pillədə qərarlaşıb. “Yasamal Bakı”nın 14, U-19-un 6, “Record Club”un 4 xalı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir