Cəmiyyət

Novxanıdakı məşhur malikanə satışa çıxarıldı – FOTO/VİDEO

Sharing is caring!


Bir neçə il əvvəl sosial şəbəkələrdə heykəllərlə bəzədilmiş fotoları yayılan məşhur villa yenidən satışa çıxarılıb.

Bu barədə elan satış saytlarından birində yerləşdirilib.

Bildirilib ki, Novxanıda yerləşən malikanə 6,5 milyon manata təklif olunur.

Qeyd edək ki, sözügedən malikanənin fotoları bir neçə il əvvəl sosial şəbəkələrdə gündəmə çevrilmişdi. Onun sahibinin kimliyi isə hər kəsin marağına səbəb olmuşdu. Baku TV-nin araşdırması nəticəsində villanın sahibinin 60 yaşlı Bəxtiyar Dali kimi tanınan şəxs olduğu müəyyənləşdirilmişdi. O, Rusiya vətəndaşı olduğunu, uzun illər bu ölkədə hərbi mühəndis işlədiyini və təqaüdə çıxdıqdan sonra Azərbaycanda ata yurdunda yaşadığı bu malikanəni inşa etdirdiyini söyləyib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir