İdman

Avropa Liqası: “Roma” rəqibini evdə, “Liverpul” səfərdə darmadağın etdi – VİDEO

Sharing is caring!


UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk görüşləri keçirilir.

“Brayton”u qəbul edən “Roma” qonaqlara şans verməyib. İtalyanlar ingilislərin qapısından 4 cavabsız top keçirməklə cütün taleyini böyük ehtimalla ilk oyundaca həll edib – 4:0.

Səfərdə Praqa “Sparta”sının qonağı olan “Liverpul” da darmadağınla yadda qalıb. Mersisaydlılar ev sahibi komandanı 5 dəfə mərkəzə dəvət ediblər. Çexlərin gücü bu qollardan yalnız birinin əvəzini çıxmağa çatıb – 1:5.

Qeyd edək ki, bu cütlər arasında cavab oyunu martın 15-də baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir