İdman

Millimizin üzvü “Araz-Naxçıvan”ın təklifini rədd edib “Kəpəz”ə keçdi – FOTO

Sharing is caring!


“Sabah”dan ayrılan Bəxtiyar Həsənalızadənin yeni klubu məlum olub.

30 yaşlı müdafiəçi “Kəpəz”ə keçib. Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Gəncə klubu futbolçu ilə bir illik müqavilə imzalayıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə daha əvvəl “Araz-Naxçıvan”la danışıqlar aparsa da, sonradan anlaşma əldə olunmayıb. Daha doğrusu, futbolçu Muxtar Respublika təmsilçisinin daha sərfəli maliyyə şərtləri olan təklifindən imtina edərək, “Kəpəz”ə keçməyi üstün tutub.

Karyerası ərzində “Sumqayıt” və “Zirə”nin də formasını geyinmiş Həsənalızadə 2021-ci ildən “Sabah”da çıxış edib. O, Azərbaycan millisinin heyətində üç oyun keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir