İdman

UEFA “Qarabağ”a ciddi xəbərdarlıq etdi

UEFA “Qarabağ”a ciddi xəbərdarlıq edib. Qol.az-ın xəbərinə görə, Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Braqa” cavab oyununda azərbaycanlı bloqerlərin qaydalara zidd şəkildə stadiondan çəkilişlər aparması və ümumi çəkiliş qaydalarını pozması UEFA-nın Ağdam təmsilçisinə ciddi xəbərdarlıq etməsinə səbəb olub. Bu barədə məlumatı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də təsdiq edib. O, bəzi bloqerlərin fotoqraf akkreditasiyası alaraq […]

İdman

Jorje Jezuş: “Avropa siyasətə görə futbolu itirdi”

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun portuqaliyalı baş məşqçisi Jorje Jezuş futbolun gələcəyinin hazırda işlədiyi ərəb ölkəsindən asılı olduğunu deyib. “Dünyanın gələcəyi Avropada deyil, bu ərazilərdədir. Orada xaos hökm sürür, heç kim heç kimə cavabdeh deyil. Amma bu, idman faktoru deyil, siyasi faktordur”, – Jezuş bildirib. Qeyd edək ki, Jezuşun həmyerslisi Kriştianu Ronaldu 2023-cü il yanvarın 2-də […]

İdman

Fransa prezidentindən Kilian Mbappeyə xəbərdarlıq

Fransa Prezidenti Emmanuel Makron Qətər əmiri Təmim bin Həməd Al-Taninin səfəri münasibətilə Yelisey sarayında qonaq olan PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappeyə müraciət edib. Futbolçu Makronla görüşəndə prezident ona: “Bizim üçün daha çox problemlər yaradacaqsan”, – deyib. Bundan sonra Mbappe Qətər əmiri ilə salamlaşıb, onu dinləyib və yoluna davam edib. Makronun Mbappenin “Real Madrid”ə […]

İdman

Azərbaycan Premyer Liqası dünyanın ilk 10-luğuna düşdü

Azərbaycan Premyer Liqası oyunlarda qeydə alınan qayda pozuntularının sayında dünyanın ilk 10-luğuna düşüb. Bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) məlumat yayıb. Bildirilib ki, çempionatın hər matçında orta hesabla 27,56 kobudluq olur. Bu baxımdan Premyer Liqa araşdırma aparılan 71 çempionat arasında 10-cu yerdədir. CİES, eyni zamanda vərəqələr və uzatma dəqiqələri ilə bağlı da araşdırma aparıb. […]

İdman

Qurban Qurbanov: “Prezident İlham Əliyevin bizi təbrik etməsi mənə əlavə motivasiya verdi”

“Avropa Liqasının pley-off mərhələsindəki qələbədən sonra Prezident İlham Əliyevin zəng edərək bizə təbriklərini çatdırması mənə əlavə motivasiya verdi”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Anadolu” agentliyinə müsahibəsində deyib. 51 yaşlı mütəxəssis Ağdam təmsilçisində işə başladığı vaxtı xatırlayıb: “Baş məşqçi təyin olunanda klubun prezidenti Abdolbari Gozal mənə dedi ki, Heydər Əliyevə bu komandanı Avropada tanıtdıracağıma söz […]

İdman

Parisdə biabırçılıq: Olimpiya təhlükəsizlik planlarının yazıldığı cihazlar oğurlandı

Fransa paytaxtında biabırçı hadisə yaşanıb. Paris meriyasının əməkdaşının yayda şəhərdə keçiriləcək Olimpiya Oyunlarının təhlükəsizlik planlarının olduğu notbuku oğurlanıb. Məlumata görə, oğurluq hadisəsi barədə polisə şəhər meriyasının əməkdaşı, mühəndis məlumat verib. İşçi Parisdən Kreyə gedərkən qatarı dəyişəndə çantasının itdiyini görüb. Çantada kompüter və yaddaş kartları olub. Hər üç cihazda təhlükəsizlik planları da daxil olmaqla “məxfi” qrifli […]

İdman

“Qarabağ”ın rusiyalı qapıçısı: “Dəvət gözləyirəm”

“Qarabağ”ın futbolçusu Andrey Lunyov Rusiya millisindən dəvət gözləyir. Bunu 32 yaşlı qapıçı “Championat”a açıqlamasında deyib. Lunyov yığmanın əsas heyət üzvü olmağı hədəflədiyini bildirib: “Millidən zəng var idi, amma hələ dəvət yoxdur. Yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov əlaqə saxlayaraq, Avropa Liqasındakı uğurlu çıxışa görə təbrik etdi. Mən təkcə çağırılmaq yox, oynamaq istəyirəm. Təbii ki, dəvət […]

İdman

Erlinq Holand 54 ildən sonra “Mançester Yunayted”in əfsanəsinin rekordunu təkrarladı

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holand “Mançester Yunayted”in sabiq oyunçusu Corc Bestin rekordunu təkrarlayıb. 23 yaşlı forvard buna ölkə kubokunun 1/8 finalında “Luton Taun”a 5 qol vurmaqla nail olub. Son olaraq Corc Best 1970-ci ildə bu turnirdə penta-trik edib. Qeyd edək ki, qarşılaşma “şəhərlilər”in 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Holand 2022-ci ildə 60 milyon avroya Almaniyanın […]

İdman

Premyer Liqa: Kaxaber Sxadadze bu gün “Qəbələ”də debüt oyununa çıxacaq

Azərbaycan Premyer Liqasında bu gün XXIII turdan təxirə salınan oyun keçiriləcək. Oxu.Az xəbər verir ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” lider “Qarabağ”ı qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq matç “qırmızı-qaralar”ın yeni baş məşqçisi Kaxaber Sxadadzenin komandanın “sükanı arxasında” debüt oyunu olacaq. Baş hakim Tural Qurbanov saat 19:00-da oyunun start fitini səsləndirəcək. Azərbaycan Premyer […]

İdman

Azərbaycan millisinə yeni baş məşqçi TƏYİN OLUNDU

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub. İdman.biz xəbər verir ki, yığmamızı yenidən Fərid Cəlalov çalışdıracaq. O, millimizin baş məşqçisi təyin olunub. Bu barədə qərarı Azərbaycan Voleybol Federasiyası verib. O, bu postda Pərviz Səmədovu əvəzləyib. Cəlalov millimizə Qızıl Avropa Liqasının oyunlarında rəhbərlik edəcək. Bu turnirin görüşləri may-iyun ayılarında keçiriləcək. Qeyd edək ki, […]