İdman

“Barselona”nı Almaniya millisinin sabiq baş məşqçisi çalışdıra bilər

Sharing is caring!


“Bavariya”nın və Almaniya yığmasının keçmiş baş məşqçisi Hans-Diter Flik “Barselona”da Xavinin mümkün xələfləri siyahısına başçılıq edir.

Bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) jurnalist Florian Plettenberq məlumat verib.

Məlumata görə, bir neçə gün əvvəl katalonların nümayəndələri almaniyalı mütəxəssisin yeni agenti Pini Zahavi ilə görüşüb. Görüşdə Flikin gələcəyi ilə bağlı konkret danışıqlar aparılıb.

Qeyd olunur ki, “Barselona” digər namizədləri də nəzərdən keçirdiyi üçün hələlik yekun qərar verməyib. Bununla belə, katalon klubu 59 yaşlı çalışdırıcı ilə əməkdaşlıqda maraqlıdır.

Qeyd edək ki, flik məşqçilik karyerası ərzində “Bavariya” və Almaniya millisindən başqa heç bir komandada işləməyib. 59 yaşlı mütəxəssis 2019/2020 mövsümündə Münhen klubu ilə Çempionlar Liqasının qalibi olub.

Xatırladaq ki, “Barselona”nın baş məşqçisi Xavi bu mövsümün sonunda postunu tərk edəcəyini açıqlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir