İdman

Futbol millimizin iki oyunu təxirə salındı

Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu il keçirilməli olan millimizin iki oyunu təxirə salınıb. AFFA-nın saytı xəbər verir ki, sentyabrın 16-da və 22-də keçirilməli olan Azərbaycan – Moldova və Azərbaycan – İspaniya qarşılaşmaları COVID-19 pandemiyası ilə əlaqədar müvafiq milli assosiasiyalar arasında qarşılıqlı razılaşma və UEFA-nın qərarı əsasında təxirə salınıb. Qeyd edək […]

İdman

“Neftçi”nin potensial rəqibləri: “Tottenhem”, “Milan”, “Qalatasaray”…

dünən Şimali Makedoniyanın “Şkupi” komandası üzərində qələbə (2:1) ilə vəsiqə qazanan “Neftçi”nin potensial rəqibləri müəyyənləşib. II təsnifat mərhələsində 36 komanda “Neftçi”nin potensial rəqibidir. “Neftçi” növbəti püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, reytinqi daha yuxarı olan komandalar “Neftçi”nin rəqibi olacaq. Potensial rəqiblər sırasında “Tottenhem”, “Milan”, “Qalatasaray”, Moskva “Dinamo”su kimi məşhur komandalar da […]

İdman

Bakıya gələn futbol klubunun kapitanında koronavirus aşkarlandı

“Sumqayıt”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniyanın “Şkendiya” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb. Tetovo klubunun rəsmi saytı xəbər verir ki, komandanın kapitanı Armend Alimi koronavirusa yoluxub. 32 yaşlı yarımmüdafiəçinin testi pozitiv çıxdığından, o, Azərbaycana gələcək heyətdə yer almayacaq. Ancaq futbolçuda koronavirus simptomlarının olmadığı, özünü yaxşı hiss etdiyi bildirilib. Bununla belə, Alimi evdə […]

İdman

Viktoria Bekhemdan etiraf: “Devid Bekhem makiyaj vasitələrimdən istifadə edir”

Məşhur modelyer Viktoria Bekhem əri Devid Bekhemin onun markasına aid makiyaj məhsullarından istifadə etdiyini etiraf edib. “The Sun”a müsahibəsində modelyer kosmetik vasitələrini ərinin üzərində sınadığını və həyat yoldaşının məhsulları nümayiş etdirmək üçün mükəmməl biri olduğunu deyib. Futbolçunun bronzlaşdırıcı tonları daha çox sevdiyi bildirilir. O, daha əvvəl arvadının dodaq nəmləndiricilərini, kremlərini və dəriyə qulluq vasitələrini istifadə […]

İdman

Şahmat millimizin Olimpiadada potensial rəqibləri bilindi

FIDE-nin ilk dəfə keçirdiyi onlayn şahmat üzrə Olimpiadada millimizin potensial rəqibləri bəlli olub. Xeberal.Az xəbər verir ki, B qrupunu lider kimi başa vurduğu üçün birbaşa 1/4 finala vəsiqə qazanan yığmamız 1/8 final mərhələsində çıxış etməyəcək. Komandamız 1/4 finalda C qrupunun ikincisi olan Bolqarıstanla D qrupunun üçüncüsü Polşa görüşünün qalibi ilə qarşılaşacaq. Bu görüş avqustun 28-də baş […]

İdman

Neftçi”nin rəqibi Şimali Makedoniya çempionatının lideri oldu

“Neftçi”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniyanın “Şkupi” klubu öz çempionatında lider olub. Xeberal.Az-ın xəbərinə görə, “Şkupi” səfərdə autsayderlərdən olan “Belasitsa”ya 2:0 qalib gəlib. Komanda yalnız son dəqiqələrdə hər iki qolu vura bilib. “Şkupi”nin qambiyalı hücumçu Dembo Darboe 89 (penalti) və 90-cı dəqiqələrdə dubl müəllifi olub. Bu qələbə ilə “Şkupi” yeddi […]

İdman

Zoran Zekiç: “Qarabağ” daha güclüdür”

Moldovanın “Şerif” klubunun baş məşqçisi Zoran Zekiç Çempionlar Liqasının I təsnifat mərhələsində “Fola” (Lüksemburq) üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən növbəti rəqib “Qarabağ” barədə də ona sual verilib. Klubun rəsmi saytına açıqlama verən xorvatiyalı mütəxəssis Bakıdakı matçda daha yaxşı oynamağın vacib olduğunu söyləyib: “Qarşıdakı oyunda nəyəsə nail olmaq istəyiriksə, həm müdafiədə, həm də hücumda […]

İdman

Barselona” yeni baş məşqçisinin adını açıqladı – RƏSMİ

İspaniyanın “Barselona” klubunun yeni baş məşqçisinin adı açıqlanıb. Kataloniya klubunun rəsmi saytı xəbər verir ki, bu, “Barselona”nın keçmiş futbolçusu Ronald Kumandır. “Barselona” bunun üçün Ronald Kumanın baş məşqçisi olduğu Niderland Kral Futbol Assosiasiyasına 4-5 milyon avro dəyərində təzminat ödəyəcək. Onunla 30 iyun 2022-ci ilədək müqavilə bağlanıb.

İdman

“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır – AFİŞA

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarına start veriləcək. Azərbaycan çempionu “Qarabağ” bu mərhələdə Şimali Makedoniyanın gümüş mükafatçısı “Sileks” komandası ilə qarşılaşacaq. Bu, mərhələnin ilk oyunu olduğundan, Çempionlar Liqasının I təsnifat mərhələsinə Bakıda start veriləcəyini deyə bilərik. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq. “Qarabağ” bu oyunda qalib gəlsə, […]

İdman

“Mançester Siti”də Qvardiolanı Poçettino əvəz edə bilər

“Mançester Siti” Xosep Qvardiolanın əvəzinə “Tottenhem”in keçmiş baş məşqçisi Maurisio Poçettinonun namizədliyini nəzərdən keçirir. Bu barədə “The Sun” nəşri yazıb. “Mançester Siti” X.Qvardiola ilə növbəti mövsümün sonunda başa çatacaq müqaviləni yeniləmək istəyir. Lakin məşqçinin özü klubdan getmək niyyətindədir. Belə olan halda isə klub rəhbərliyi yeni baş məşqçi kimi M.Poçettinonu ən real namizəd olaraq görür. Qeyd […]