İdman

Neftçi”nin rəqibi Şimali Makedoniya çempionatının lideri oldu

Sharing is caring!

“Neftçi”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniyanın “Şkupi” klubu öz çempionatında lider olub.

Xeberal.Az-ın xəbərinə görə, “Şkupi” səfərdə autsayderlərdən olan “Belasitsa”ya 2:0 qalib gəlib.

Komanda yalnız son dəqiqələrdə hər iki qolu vura bilib. “Şkupi”nin qambiyalı hücumçu Dembo Darboe 89 (penalti) və 90-cı dəqiqələrdə dubl müəllifi olub.

Bu qələbə ilə “Şkupi” yeddi xalla Şimali Makedoniya çempionatının lideridir. “Qarabağ”ın bu həftə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən kənarlaşdırdığı “Sileks” və “Sumqayıt”ın Avropa Liqasındakı rəqibi olan “Şkendiya” dörd xalla 2-3-cü yerləri bölüşdürür. Son iki komanda bu turun oyunlarına müvafiq olaraq sabah və bu gün çıxacaq.

Qeyd edək ki, “Şkupi” və “Şkendiya” avqustun 27-də Bakıda sözügedən Azərbaycan təmsilçiləri ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir