İdman

Şahmat millimizin Olimpiadada potensial rəqibləri bilindi

Sharing is caring!

FIDE-nin ilk dəfə keçirdiyi onlayn şahmat üzrə Olimpiadada millimizin potensial rəqibləri bəlli olub.

Xeberal.Az xəbər verir ki, B qrupunu lider kimi başa vurduğu üçün birbaşa 1/4 finala vəsiqə qazanan yığmamız 1/8 final mərhələsində çıxış etməyəcək.

Komandamız 1/4 finalda C qrupunun ikincisi olan Bolqarıstanla D qrupunun üçüncüsü Polşa görüşünün qalibi ilə qarşılaşacaq. Bu görüş avqustun 28-də baş tutacaq.

Qeyd edək ki, yığmamız qrup mərhələsində Niderland, Macarıstan, CAR, Slovakiya, İspaniya, Norveç və Fransaya qalib gəlib, Ukrayna və Qazaxıstana uduzub.

Nəticədə 14 xalla millimiz qrup lideri olub. Macarıstan 14 xalla ikinci, Ukrayna isə 13 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, Olimpiadada hər xana üzrə üç kişi və üç qadın şahmatçılar mübarizə aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir