İdman

Qarabağla bağlı təxribatçı paylaşım Mxitaryana baha başa gəldi – VİDEO

İtaliyanın “Roma” klubunda çıxış edən futbolçu Henrix Mxitaryanın bacısı və agenti, UEFA-da çalışan Monika Mxitaryan “Twitter”dəki paylaşımı ilə diqqət çəkib. O, Dağlıq Qarabağla bağlı müxtəlif paylaşımlar edərək, guya həmin ərazilərin tarixi erməni torpaqları olduğunu iddia edib. UEFA əməkdaşının belə yanaşması, ən azı Avropa futbol qurumunun əməkdaşları üçün mövcud olan daxili davranış qaydalarına zidd sayılmalıdır. AFFA-nın […]

İdman

Erməni futbolçuların çirkin siyasət oyunları və AFFA-nın buna reaksiyaları — FAKTLAR

Sentyabrın 27-dən başlanan Ermənistan – Azərbaycan münaqişəsi hər iki ölkənin cəmiyyətinin müxtəlif istiqamətlərində hiss olunur. Təəssüflər olsun ki, “idman siyasətdən uzaqdır” deyimi də bu məsələdə reallıqla uzlaşmır. Ermənistan idman aləmində, xüsusən idmanın şahı olan futbolda separatizm təsirləri ilk günlərdən müşahidə olunur. Xəbəral.az bu faktları bir-bir sadalayacaq. Ancaq heç vaxt 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun düşmən […]

İdman

NBA-nın ulduz oyunçusu həbsxanada ölüb

İki dəfə NBA All-Stars iştirakçısı olan ulduz oyunçu Eddi Conson Florida həbsxanasında vəfat edib. Bu barədə “L’Equipe” xəbər yayıb. O, ömürlük həbsə məhkum edilmişdi. 65 yaşlı keçmiş ulduzun ölüm səbəbi açıqlanmır. Conson NBA-da çıxışları ilə məşhurdur. Ancaq o, narkotik aludəçisi olub və disiplin problemi olub. Buna görə 1987-ci ildə ona NBA-da oynamaq qadağan edilib. Onun qanunla […]

İdman

Məşhur şirkətin “Qarabağ”la müqaviləsini pozmasına dair məsələyə aydınlıq gətirildi – RƏSMİ

“Qarabağ” klubu məşhur “Adidas” geyim şirkəti ilə əməkdaşlığın dayandırılmadığını açıqlayıb. Bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə açıqlama yayıb: “Mətbuatda “Qarabağ” və “Adidas” arasında münasibətlərin pozulmasına dair məlumatlar yayılıb. Klub olaraq bəyan edirik ki, bu xəbərlər həqiqəti əks etdirmir”. Qeyd edək ki, bu addım “Qarabağ” klubu futbolçularının avrokubok oyunlarından sonra hərbi salam verməsi və klubun mətbuat […]

İdman

FIFA prezidenti vəzifəsindən kənarlaşdırıla bilər

FIFA prezidenti Canni İnfantino Beynəlxalq Olimpiya Komitəsində tutduğu postdan kənarlaşdırıla bilər. “Le Monde” nəşri məlumat verir ki, C.İnfantinonun fəaliyyətinin araşdırılmasına dair şikayət futbol agentlərinin qanunsuz fəaliyyətini yoxlayan İsveçrənin “Sport 7” şirkəti tərəfindən verilib. Şirkət iddia edir ki, C.İnfantino Olimpiya xartiyasının bir neçə normasını pozub və o, dərhal Beynəlxalq Olimpiya Komitəsi üzvlüyündən kənarlaşdırılmalıdır.

İdman

UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbərini CƏZALANDIRDI

UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu cəzalandırıb.   Xəbəral.az xəbər verir ki, bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.   Bildirilib ki, qurumun Nəzarət, Etika və İntizam Orqanı feysbuk səhifəsindəki paylaşımı zamanı ayrı-seçkilik xarakterli sözlərə görə İbrahimovun futbolla bağlı hər hansı fəaliyyətinə müvəqqəti qadağa qoyub. UEFA məsələnin mahiyyəti barədə qərarı sonra verəcək.   […]

İdman

Türkiyə klubu “Fənərbağça” ilə oyunda Azərbaycana dəstək oldu – FOTO/VİDEO

Türkiyənin “Solhanspor” voleybol komandası Azərbaycana dəstək olub. Solhan təmsilçisi “Fənərbağça” ilə oyunda arenaya Türkiyə bayraqları ilə yanaşı Azərbaycan bayrağını da yerləşdirib. Bundan başqa, oyunçular arxalarında “iki dövlət, bir millət” və “Səninləyik, Azərbaycan” sözləri yazılmış formalarla arenaya daxil olublar.   Qeyd edək ki, “Solhanspor”da vaxtı ilə azərbaycanlı oyunçu Vüqar Bayramov çıxış edib.

İdman

“Borussiya” və “Liverpul”dan darmadağın: “Real” son şansdan yararlandı

Çempionlar Liqasında III tur start götürüb. Xəbəral.az xəbər verir ki, turun ilk oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma baş tutub. A qrupunda Almaniya nəhəngi, turnirin son qalibi “Bavariya” “Zalsburq”un qonağı olub. Qarşılaşma qonaqların 6:2 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər favoriti “Atletiko” Moskvada “Lokomotiv”i sınağa çəkib. Oyun 1:1 hesablı heç-heçə ilə […]

İdman

Çempionlar Liqası: Liderlər İtaliyada üz-üzə, “Real”ın son şansı – AFİŞA

Bu gün Çempionlar Liqasında III tur start götürəcək.                                      Xəbəral.az xəbər verir ki, turun ilk oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma baş tutacaq. Almaniya nəhəngi, turnirin son qalibi “Bavariya” “Zalsburq”un qonağı olacaq. Qrupun digər favoriti […]

İdman

AVRO-2020 yalnız Rusiyada keçirilə bilər – İDDİA

Futbol üzrə 2020-ci il Avropa çempionatı yalnız Rusiyanın ərazisində keçirilə bilər. “Le Parisien”in məlumatına görə, UEFA Avropada koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbilə bu cür variantı nəzərdən keçirir. Qurum hesab edir ki, sözügedən şərtlərdə turniri keçirmək olduqca çətindir və buna görə də Rusiya variantı üzərində ciddi şəkildə düşünür. Qeyd olunur ki, Rusiya artıq yazda AVRO-2020 üçün […]