İdman

Zoran Zekiç: “Qarabağ” daha güclüdür”

Sharing is caring!

Moldovanın “Şerif” klubunun baş məşqçisi Zoran Zekiç Çempionlar Liqasının I təsnifat mərhələsində “Fola” (Lüksemburq) üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən növbəti rəqib “Qarabağ” barədə də ona sual verilib.

Klubun rəsmi saytına açıqlama verən xorvatiyalı mütəxəssis Bakıdakı matçda daha yaxşı oynamağın vacib olduğunu söyləyib:

“Qarşıdakı oyunda nəyəsə nail olmaq istəyiriksə, həm müdafiədə, həm də hücumda daha yaxşı oynamalıyıq. I mərhələdə qalib gəlməyimiz mənim üçün vacib idi. Ümid edirəm ki, Bakıda daha yaxşı oynayacağıq.

“Qarabağ” “Fola”dan daha güclüdür. Ümid edirəm ki, ötən mövsümdəki kimi daha yaxşı oynayacağıq. İlk oyunu təhlil etdikdən sonra ikinci matça hazırlaşacağıq. “Qarabağ”la görüşə çox az vaxtımız var. Belə bir rəqibə qarşı ciddi oyun nümayiş etdirməliyik”.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” oyunu 20:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir