Hadisə manset

Sabunçuda 8 qəzalı yaşayış binası sökülür – Köçürülmə başladı

Bakının Sabunçu rayonunda qəzalı vəziyyətdə olan 8 yaşayış binasında sakinlərin köçürülməsinə başlanılıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, həmin binaların istismar müddəti başa çatıb və komissiya tərəfindən istifadəyə yararsız hesab edilib. Buna görə də həmin binadakı ailələrin köçürülməsinə start verilib. Yaxın vaxtlarda köçürülmə prosesi başa çatacaq və həmin binalar söküləcək. […]

Hadisə manset

Ağstafa sakini xurma ağacından yıxılıb, vəziyyəti ağırdır

Ağstafa sakini xurma ağacından yıxılıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə  Həsənsu kəndində  qeydə alınıb. Kənd sakini 1985-ci il təvəllüdlü Xudaverdiyev Pərviz Əsgər oğlu həyətində ağacdan xurma yığan zaman yıxılıb. 34 yaşlı ki dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə Manşetüstü

Tbilisidə yaşayış binasında partlayış olub, xəsarət alanlar var

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Quramişvili prospektində yerləşən yaşayış binalarının birində güclü partlayış baş verib. XəbərAl.az xəbər verir ki, partlayış binanın dörd mərtəbəsində dağıntılara səbəb olub. Hadisə nəticəsində bir neçə insanın xəsarət aldığı bildirilir. Onların dəqiq sayı müəyyənləşdirilir. Binanın sakinləri təxliyyə olunub. Partlayış nəticəsində binanın həyətində olan bir neçə avtomobilə də ziyan dəyib. Partlayışa təbii qaz […]

Hadisə manset

Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO

Ötən sayımızda Azerinfo.tv-yə şikayətlə müraciət edən Bakı şəhər, Neftçilər prospekti87,mənzil 30-da kirayədə qalan Cürcüstan vətəndaşı, sahibkar Leyla Janasiadan yazı vermişdik. Bildirmişdik ki, Bakıda onun düz bir milyonluq malını mənimsəyiblər. Başını itirən qadın intihar həddinə çatıb. Leyla Janasia təxminən 2006-cı ildə Bakıda olarkən Gürcüstan Respublikasının vətəndaşı, milliyyətcə azərbaycanlı olan Nailə Saxtarova ilə tanış olur.Həmən vaxt Leyla […]

Hadisə manset

Bakı polisi 6 gün əvvəl oğurlanan avtomobili tapıb

Bakıda avtomobil qaçırılıb. XəbərAl.az-ın xəbərinə görə, hadisə oktyabrın 11-də Suraxanı rayonu ərazisinə baş verib. Belə ki, naməlum şəxs və şəxslər rayon ərazisində “VAZ-2107” markalı avtomobili qaçırıb. Bununla bağlı avtomobilin sahibi Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin (PB) əməkdaşlarına müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomobil 6 gün sonra – oktyabrın 17-də […]

Hadisə manset

Azərbaycanda 27 yaşlı oğlanın faciəvi şəkildə öldüyü avtomobilin OQRXUNC FOTOSU

Dünən Şirvan şəhərində baş verən ağır qəzanın səbəbi məlum olub. XəbərAl.az  xəbər verir ki, şəhər ərazisində “Mercedes” markalı mikroavtobusla “VAZ 21014″ün toqquşduğu hadisənin yüksək sürət səbəbindən baş verdiyi məlum olub. “VAZ 21014″ü idarə edən 27 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Dəhşətli qəzanı əks etdirən fotonu təqdim edirik. ***** 09:48 Şirvan şəhərində ölümlə nəticələnən […]

Hadisə manset

“Araz-Alko” MMC-də müəmmalı olaylar… – Müraciət…

İmişli rayonu Cəfərli kənd sakini birinci Qarabağ müharibəsi veteranı və ikinci qrup əlil Salmanov Elşad Dərgah oğlu XəbərAl.az-a müraciət edərək həyat yoldaşı Salmanova Almaz Vəli qızının 21 may 2019-cu il tarixdə Səmədov Saleh Mehralı oğluna məxsus İmişli şəhərində yerləşən spirtli içkilər və sok istehsalı ilə məşğul olan “Araz-Alko” MMC-də avtokarla öldürülməsinə dair məlumat vermişdir. Elşad […]

Hadisə manset

Gəncədə doğuş zamanı körpə öldü

Gəncədə uşaq ölümü qeydə alınıb. XəbərAl.az-ın məlumatına görə, hadisə Gəncə Şəhər Səhiyyə İdarəsinin Regional Perinatal Mərkəzində baş verib. Belə ki, Göygöl rayonun Quşqara kənd sakini doğuş üçün xəstəxanaya gətirilib. Xəstəxanaya yerləşdirilən qadını dərhal müayinə ediblər. Həkimlərin səyinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb. Ananın vəziyyəti isə normaldır. Xəstənin yaxınlarının sözlərinə görə, körpənin ölümünə həkim […]