Hadisə Manşetüstü

Bakıda dəhşətli qəza: Ölən var

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. XəbərAl.az xəbər verir ki, rayonun Binəqədi qəsəbəsi ərazisində Qəbələ rayon sakini R.Əzizovun idarə etdiyi “DAF” (yük) və Bakı şəhər sakini Əlicəfər Əkbərovun idarə etdiyi “Saipa” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Əkbərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə Manşetüstü

Bakıda dəhşətli olay: 31 yaşlı qadın öldü

Bakıda 31 yaşlı qadının ölümü ilə nəticələnən yol qəzası baş verib. XəbərAl.az xəbər verir ki, Xəzər rayonu ərazisində – Beton yol kimi tanınan Zığ şosesində “Nissan Sunny” markalı avtomobil yolu keçməyə çalışan 31 yaşlı qadını vurub. Zərbənin gücündən xeyli kənara düşən gənc qadın hadisə yerindəcə keçinib. Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, […]

Hadisə manset

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən XəbərAl.az-a verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla oktyabrın 22-si saat 00:57-də Qala stansiyasından 152 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb. Maqnitudası 3.8, dərinliyi 53 km olan zəlzələ hiss olunmayıb.

Hadisə manset

Bakıda Nazirlər Kabinetinin yüksək vəzifəli əməkdaşı vəfat etdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin əməkdaşı vəfat edib. XəbərAl.az xəbər verir ki, Baş nazirin birinci müavininin köməkçisi Ayaz Abdulla oğlu Yusifov vaxtsız dünyasını dəyişib. Qeyd edək ki, A.Yusifov 3-cü dərəcəli dövlət müşaviri idi. Onun qardaşı Avaz Yusifov Təhsil Nazirliyində sektor müdiri vəzifəsində çalışır. Allah rəhmət eləsin!

Hadisə manset

Bərdədə AĞIR QƏZA: bir ailənin 5 üzvü xəsarət aldı – FOTO

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Yevlax-Bəhrəmtəpə yolunun rayonun Bəciravan kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mitsubishi” markalı minik avtomobili yolun əks tərəfi ilə hərəkətdə olan “Zil” markalı yük maşını ilə toqquşub. Eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili də “Zil”ə çırpılıb. Nəticədə “Mitsubishi” markalı minik avtomobilinin sürücüsü, Füzuli rayon sakini 1982-ci il […]

Hadisə Manşetüstü

Aprel şəhidinin atası vəfat etdi – FOTO

2016-cı ilin aprel ayında cəbhə xəttində baş verən şiddətli döyüşlərdə şəhid olan 1994-cü il təvəllüdlü Əlvan Hüseynovun atası vəfat edib. XəbərAl.az  xəbər verir ki, Əlvanın atası Qafar Hüseynov Hacıqabul şəhəri ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Belə ki, oktyabrın 13-də saat 18 radələrində Hacıqabul şəhəri ərazisində Quba rayon sakini İ.İsrafilovun idarə etdiyi “Mercedes” və Füzuli […]

Hadisə manset

Sabunçuda 8 qəzalı yaşayış binası sökülür – Köçürülmə başladı

Bakının Sabunçu rayonunda qəzalı vəziyyətdə olan 8 yaşayış binasında sakinlərin köçürülməsinə başlanılıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, həmin binaların istismar müddəti başa çatıb və komissiya tərəfindən istifadəyə yararsız hesab edilib. Buna görə də həmin binadakı ailələrin köçürülməsinə start verilib. Yaxın vaxtlarda köçürülmə prosesi başa çatacaq və həmin binalar söküləcək. […]