Hadisə manset

Bakı polisi 6 gün əvvəl oğurlanan avtomobili tapıb

Sharing is caring!

Bakıda avtomobil qaçırılıb.

XəbərAl.az-ın xəbərinə görə, hadisə oktyabrın 11-də Suraxanı rayonu ərazisinə baş verib.

Belə ki, naməlum şəxs və şəxslər rayon ərazisində “VAZ-2107” markalı avtomobili qaçırıb.

Bununla bağlı avtomobilin sahibi Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin (PB) əməkdaşlarına müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomobil 6 gün sonra – oktyabrın 17-də Maştağa qəsəbəsi ərazisində tapılaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir