Hadisə manset

216 nömrəli məktəbin direktoru müəllimləri intihara sürükləyir

Bakı məktəblərindən birində müəllimlə direktor arasında qalmaqallı iddialar səsləndirilib. XəbərAl.az  xəbər verir ki, paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi 216 nömrəli tam orta məktəbdə müəllim kimi çalışan 1970-ci il təvəllüdlü Babayeva Sədaqət Şirzad qızı polisə şikayət ərizəsi ilə müraciət edib. Ərizədə qeyd olunub ki, çalışdığı 216 nömrəli məktəbin direktoru, 1980-ci il təvəllüdlü Bayramov Elnur işdən çıxmasını tələb edərək, onu intihar […]

Hadisə Manşetüstü

Azərbaycanlı iş adamı qəzada öldü

Tanınmış azərbaycanlı iş adamı Əlişah Süleymanov Rusiyanın Çelyabinsk vilayətində baş vermiş yol qəzasında ölüb. XəbərAl.az xəbər verir ki, qəza Plast şəhərinin yaxınlığında baş verib. “Ruslada” qənnadı şirkətinin sahibi olan Ə.Süleymanovun olduğu “Toyota Land Cruiser” markalı avtomobil xəndəyə yuvarlanıb və sonra aşıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Sükan arxasında olan təhlükəsizlik müəssisəsinin işçisi xəstəxanaya yerləşdirilib. […]

Hadisə manset

“Evrascon” ASC şirkəti 5 aydır 1000-dən çox işçinin maaşını vermir-ŞİKAYƏT

Camal Şvedov bildirdi ki,o işçilərin maaşlarının verilməməsi ilə bağlı o heç nə deyə bilməz XəbərAl.az–a müraciət edən “Evrascon” ASC-nin bir qrup işçisi bu şirkətdən şikayət edirlər.Belə ki,onların bildirdiyinə görə şirkətin 1000-dən çox işçisi Bayraq Meydanında Hacı Zeynalabdin qəsəbəSİ ,Xaçmazda yol çəkilişində və sairə müxtəlif yerlərdə işləyiblər,ancaq 5 aydır maaşları verilmir. Maaşların gecikməsi nəticəsində onların banklara […]

Hadisə manset

Bakıda avtobus minik avtomobili ilə toqquşdu – Foto

  Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib. XəbərAl.az  xəbər verir ki, hadisə Moskva prospekti, “Şamaxinka” deyilən ərazidə qeydə alınıb. Belə ki, şəhər istiqaməti ilə hərəkətdə olan sərnişin avtobusu “Toyota” markalı minik avtomobili ilə toqquşub. Hadisədə xəsarət alan olmasa da “Toyota”ya ziyan dəyib, avtobus sürücüsü isə sərnişinləri düşürərək digər nəqliyyat vasitəsinə əyləşməyi xahiş […]

Hadisə manset

FHN Bakıda intiharın qarşısını aldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Nazirlikdən XəbərAl.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Hadisə manset

Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. XəbərAl.az xəbər verir ki, binanın qarşısında 6 ədəd (hər biri 1500 m) kabel barabanı və 300 p.m plastik borular yanıb. Yüksək temperaturdan binanın xarici divarına quraşdırılan qaz sayğacı və 2 ədəd kondisioner mühərriki qarsalanıb. Yaşayış binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə manset

Bakıda “Anar” kafesindən çıxan 15 yalı qız itkin düşdü

Bakıda yeniyetmə qız itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Sabunçu rayonu, Ramana qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızı oktyabrın 4-də günorta saatlarında Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində fəaliyyət göstərən “Anar” kafesinə – anası Məmmədrzayeva Fəridə Zahid qızının yanına gəlib. 15 yaşlı qız həmin gün günorta saatlarında kafedən […]

Hadisə manset

AZTV-nin məşhur aparıcısı ağır qəzaya düşdü – FOTOLAR

AZTV-nin tanınmış aparıcılarından olan Rəşad Mehdilinin avtomobili ağır yol qəzasına düşüb. XəbərAl.az xəbər verir ki, hadisə ötən gecə Sumqayıtda baş verib. Belə ki, sürətlə hərəkət edən “VAZ 2107” markalı avtomobil teleaparıcıya məxsus olan 99 TV 484 dövlət qeydiyyatlı “Nissan”a çırpılıb. Xoşbəxtlikdən teleaparıcı hadisə zamanı xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

Hadisə manset

FHN intihar edən şəxsi xilas etdi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda bir nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bu barədə XəbərAl.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, […]