Hadisə Manşetüstü

Tbilisidə yaşayış binasında partlayış olub, xəsarət alanlar var

Sharing is caring!

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Quramişvili prospektində yerləşən yaşayış binalarının birində güclü partlayış baş verib.

XəbərAl.az xəbər verir ki, partlayış binanın dörd mərtəbəsində dağıntılara səbəb olub.

Hadisə nəticəsində bir neçə insanın xəsarət aldığı bildirilir. Onların dəqiq sayı müəyyənləşdirilir.

Binanın sakinləri təxliyyə olunub. Partlayış nəticəsində binanın həyətində olan bir neçə avtomobilə də ziyan dəyib.

Partlayışa təbii qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir