Hadisə

Bakıda orta məktəb qarət olundu

Bakıda məktəbdən oğurluq edilib. XəbərAl.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, yanvarın 25-də Nizami rayonu ərazisindəki orta məktəblərin birindən 3310 manat dəyərində 3 ədəd proyektor oğurlanıb. Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.İdrisov saxlanılıb.

Hadisə

Gəncədə gənc oğlan ikinci dəfə intihar etmək istədi

Gəncədə binanın 16-cı mərtəbəsindən özünü atmaq istəyən şəxsi Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son anda xilas edilib. XəbərAl.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən 16 mərtəbəli binada qeydə alınıb. Şəhər sakini, 2003-cü il təvəllüdlü Həsənov Kənan Sahib oğlu sözügedən binanın 16-cı mərtəbəsinə çıxaraq özün atmaq istəyib. Dərhal hadisə yerinə FHN-nin […]

Hadisə

Son 3 günün intiharlarını birləşdirən SƏBƏB AÇIQLANDI

Azərbaycanda növbəti intihar hadisəsi baş verib. Belə ki, bu gün Abşeron rayonu, Xırdalan şəhərində daha bir intihar hadisəsi qeydə alınıb.Qeyd edək ki, bu 3 gündə baş verən 4-cü intihar hadisəsidir. 3 gün ərzində baş verən 4 intihar hadisəsini bir-biri ilə hansı səbəb bağlayır? XəbərAl.az xəbər verir ki, Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran Psixologiya Elmi Tədqiqat […]

Hadisə

Fərman İsmayılovun nəşi Bakıya gətirildi – Video

Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi Bakıya gətirilib. XəbərAl.az-ın məlumatına görə, Fərman İsmayılovun nəşi bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdırılıb. Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum ediblər. Gəmin heyətinin […]

Hadisə

Ermənilər Natavanın məzarını dağıdıb – Sümüklərini aparıblar + VİDEO

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə işğaldan azad edilən Ağdamda Xan qızı Natavanın dağıdılmış məzarından fotolar və video paylaşıb. XəbərAl.az xəbər verir ki, Deqati Xurşudbanu Natavanın sümüklərinin məzarından çıxarılaraq aparıldığını bildirib: “Azərbaycanın bütün dövrlərinin görkəmli şairi, Pənahəli xan soyundan olan Xurşudbanu Natavan 1832-ci il avqustun 15-də Şuşada anadan olub. O, Qarabağın son hökmdarının varisi […]

Hadisə

Xırdalanda partlayış baş vermiş evdən REPORTAJ – CANLI

Xırdalan şəhərində partlayış baş vermiş fərdi yaşayış evindən canlı bağlantını təqdim edirik   Xırdalanda partlayış olan evdə xilasetmə işləri davam edir.   Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerindədir.  Artıq dağıntılar altından altı nəfərin çıxarıldığı deyilir.   Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış baş verib. Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb. Fövqəladə Hallar Nazirliyi […]

Hadisə

Həmyerlimizin nəşi Azərbaycana nə zaman yola salınacaq? – XİN rəsmisi açıqladı

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabonun Port Jentil limanında lövbər salıb. XəbərAl.az xəbər verir ki, Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək. Türkiyənin Qabondakı […]