Hadisə

Bakıda dəmirəritmə sexində partlayış oldu – Video

Fevralın 5-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində dəmirəritmə sexində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub.  Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Görülmüş operativ tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və sex yanğından mühafizə […]

Hadisə

“Ocaq“ və “Dostluq“-un sahibləri cərimələndi – Video

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakının Suraxanı rayonunda yerləşən kafe və restoranlarda reyd keçirib. XəbərAl.az-ın məlumatına görə, reyd çərçivəsində karantin qaydalarına əməl etməyən “Ocaq” restoranı, “Dostluq” kafesi, habelə digər ictimai iaşə müəssisələrinin sahibləri cərimələnib. “Report”un reyddən hazırladığı reportajı təqdim edirik:

Hadisə

Vətən Müharibəsinin qazisi Kür çayında batdı – Foto

Vətən Müharibəsində iştirak edən qazimiz Sadıqbəyli Ramin Qaçay oğlu Kürdə batıb. XəbərAl.az-ın məlumatına görə, onun adı FHN-nin  gündəlik hadisələrlə bağlı yaydığı məlumatda da qeyd olunur. Belə ki, nazirliyin yaydığı rəsmi məlumatda bildirilir ki, yanvarın 31-də Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxmış 38 yaşlı Yusifov Səfxan Aydın oğlu və 26 yaşlı Sadıxbəyli Ramin Qaçay oğlunun Kür […]

Hadisə

Sabiq nazir dəm qazından boğularaq öldü – Foto

Rusiyanın sabiq kənd təsərrüfatı naziri Aleksandr Nazarçuk vəfat edib. XəbərAl.az xəbər verir ki, bunu Altay diyarının hökuməti açıqlayıb. Bildirilib ki, A.Nazarçuk Altaydakı öz evində 81 yaşında dünyasını dəyişib. Keçmiş hökumət üzvünün dəm qazından boğularaq öldüyü ehtimal olunur. “Ölümün səbəbi hələlik bəlli deyil. Bu, araşdırmalardan sonra məlum olacaq. Belə yaşda ölümə səbəb çox şey ola bilər”, […]

Hadisə

Sədərək Ticarət Mərkəzində dəhşətli hadisə: Ölən və yaralanan var

Yanvarın 31-də saat 10 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində (TM) fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub. Qaradağ rayon prokurorluğundan daxil olan məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Sədərək TM-də üçmərtəbəli mağazada tikinti materiallarını yuxarı qaldıran zaman liftin trosunun qırılaraq səbətin yerə çırpılması nəticəsində orada […]

Hadisə

ŞOK HADİSƏ: Xüsusi təyinatlı zabit hərbi hissədə intihar etdi – Foto

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların zabiti xidmət etdiyi hərbi hissədə intihar edib. XəbərAl.az xəbər verir ki, DİN xüsusi təyinatlı dəstəsinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu yanvarın 30-da Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb. Məlumata görə, A.Məmmədov evli olsa da, 10 ilə yaxındır ki, övladı olmurmuş. Yanvarın 28-də  ilk övladı […]

Hadisə

Ucarda mikroavtobus aşdı: Ölən var

Ucarda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. XəbərAl.az xəbər verir ki, ötən gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sərnişin qismində olan Daşkəsən rayon sakini, 1976-cı il təvəllüdlü Rizvan Bayram oğlu Əliyev aldığı xəsarətlərdən ölüb. Daha 2 nəfər isə yüngül xəsarət […]

Hadisə

Bakıda orta məktəb qarət olundu

Bakıda məktəbdən oğurluq edilib. XəbərAl.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, yanvarın 25-də Nizami rayonu ərazisindəki orta məktəblərin birindən 3310 manat dəyərində 3 ədəd proyektor oğurlanıb. Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.İdrisov saxlanılıb.