Hadisə

AZTV 5000 manat cərimələndi

Milli Televiziya və Radio Şurası ötən il “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ni (AzTV) 5000 manat məbləğində cərimələyib. XəbərAl.az xəbər verir ki, bu, Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında əksini tapıb. Hesabatda qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AZTV kanalı) barəsində 08 may […]

Hadisə

Qobustanda vulkan püskürdü

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun məlumatına əsasən, yanvarın 9-da Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, gün ərzində vulkanın püskürməsi 3 aktivləşdirmə dövrləri ilə xarakterizə olunub. Qeyd olunub ki, yerli vaxtla saat 17:48:36 (püskürmənin davamı 3 dəqiqə 28 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,37×107 C), növbəti yerli vaxtla […]

Hadisə

Hərbçilərimiz Şuşada qəzaya düşdü: Ölən və yaralananlar var

Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb. XəbərAl.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə yanvarın 12-də baş verib. Nəticədə Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma […]

Hadisə

Azərbaycanda polis əməliyyat keçirdi — Saxlanılanlar var

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini İ.Hüseynovdan kustar üsülla hazırlanmış tapança, 2 ədəd patron və metamfetamin aşkar edilərək götürülüb XəbərAl.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən […]

Hadisə

Bakıda dolları rəsmi məzənnədən yuxarı satan şəxs tutuldu — VİDEO

Ölkəmizdə yaradılmış azad  bazar iqtisadiyyatı mühitindən sui-istifadə hallarına yol verən, həmçinin dövlətin ədalətli fiskal siyasətindən şəxsi məqsədləri çərçivəsində yararlanan şəxslərə  qarşı mübarizə istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Bankın müraciəti əsasında növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, nəticədə qanunsuz valyuta mübadiləsi ilə məşğul olmaqda şübhəli […]

Hadisə

Türkiyə hərbçiləri Qarabağdakı əməliyyatlarda iştirak edir

Türkiyə hərbçiləri Azərbaycanın işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsində iştirak edir. XəbərAl.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Türkiyə Quru Qüvvələrinin Xüsusi Təyinatlı Mina Təmizləmə birliklərinin 136 hərbçisi Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib. Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə minatəmizləmə təlimi keçməklə bərabər, Qarabağda minatəmizləmə əməliyyatlarında da iştirak […]

Hadisə

Qarabağ qazisi özünü niyə asdı? – AÇIQLAMA

Ölkəmizin ərazi bötüvlüyü uğrunda gedən döyüşlər zamanı sentyabrın 29-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində olarkən düşmənin atdığı mərmi partlayışı nəticəsində xəsarət alaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində “partlayış travması, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicə alan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət […]

Hadisə

Cəbhəboyu ərazilərdə əməliyyat həyata keçirildi — FOTO

2021-ci ilin 1-5 yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Qubadlı, Tərtər, Xocavənd, Zəngilan rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 17 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 müraciət daxil olub. ANAMA-dan verilən məlumata görə, […]

Hadisə

Xüsusi təyinatlı gizirimiz qəzaya düşdü – AÇIQLAMA

Ötən gündən etibarən sosial şəbəkələrdə XTQ giziri Ağadədə Hacıyevin qəzaya düşməsi barədə xəbərlər yayılır. XəbərAl.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hadisə ötən ilin dekabrın 25-də Yasamal rayonu ərazisində baş verib.  E.Zahidovun sözlərinə görə, iki maşın işıqforun yol kəsişməsində toqquşub: “Nəticədə avtomobillərin birində sərnişin qismində olan Ağadədə Hacıyev […]