Hadisə

Ağdam sakini minaya düşdü

Ağdamda 10 gündən çoxdur itkin düşən 43 yaşlı kişinin minaya düşdüyü məlum olub. İtkin düşən Ağdam rayon sakini Cəsarət Hətəmxanov Ağdamın işğaldan azad olunan Seyidli kəndi ərazisində minaya düşərək həlak olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları C. Hətəmxanovun meyitini ərazidən götürmək üçün tədbilər həyata keçirir. Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində məzar […]

Hadisə

Laçında iki hərbi qulluqçumuz həlak oldu – Rəsmi

İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. “XəbərAl.az” xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq DSX-dən bildirilib ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb. […]

Hadisə

Metronun “Əhmədli” stansiyasında tüstülənmə baş verdi

Bu gün səhər saatlarında “Bakı Metropoliteni” QSC-nin “Əhmədli” stansiyasının yaxınlığındakı şaxtada, kabel muftasında qısaqapanma baş verib. Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, elektrik mühafizəsi dərhal işə düşərək onu açıb və ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir […]

Hadisə

Polis “Lido”da əməliyyat keçirdi — 60 nəfər SAXLANILDI

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Lido” restoranında qanunsuz toy keçirilməsi faxtı aşkarlanıb. XəbərAl.az-ın əldə etdiyi məlumata görə adıçəkilən restoranda Binəqədi rayon polis idarəsinin əməkdaşları əməliyyat keçirib.  Əməliyyat zamanı restoranın rəhbərliyi, toyun sahibləri və 60 nəfər toy iştirakçısı saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Hadisə

DTX və Baş Prokurorluq 26 erməni terrorçu barədə məlumat yaydı

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. “XəbərAl.az” xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Bildirilib ki, istintaq nəticəsində […]

Hadisə

Məşhur fotoqraf Kəlbəcərdə minaya düşməkdən son anda xilas oldu — VİDEO

Məşhur fotojurnalist Reza Deqati işğaldan azad edilən Kəlbəcər rayonunda səfərdə olan zaman mina təhlükəsi ilə üzləşib. XəbərAl.az xəbər verir ki, hadisə rayonun Susuzluq kəndinə gedən yolda baş verib. R.Deqati ikisi jurnalist olmaqla Azərbaycanın üç mülki vətəndaşının minaya düşərək şəhid olduğu əraziyə gedib. Onu hərbçilər, o cümlədən minaaxtaranlar müşayiət edib. Yollar dağılmış-uçulmuş vəziyyətdə və təhlükəli olduğuna görə […]

Hadisə

Bahalı nömrəli maşınla qanunu saymayan sürücü görün nə etdi — VİDEO

Bakıda bahalı nömrə ilə bahalı avtomobil idarə edən sürücünün hərəkətləri avtomobildəki kameraya qeyd olunub. XəbərAl.az “avtosfer.az”a istinadən xəbər verir ki, 90-CO-002 qeydiyyat nişanlı “Land Rover” markalı avtomobilin sürücüsü iyunun 7-i paytaxtın Fətəli Xan Xoyski küçəsində hərəkət edən zaman kamera olmayan ərazidə qoşa xəttin tələbini pozub. Sürücü nişanlanma xəttinin tələbini pozaraq geriyə dönən zaman qarşıdan gələn avtomobilin […]

Hadisə

Prokuror Qarabağda döyüşən livanlı muzdlu terrorçuya 20 il cəza istədi

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. XəbərAl.az xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilın prosesdə təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxardılaraq vəkili və tərcüməçisinin yanında oturması ilə bağlı qərar elan olunub. Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb. Eulcekcian […]

Hadisə

Bakıda baş həkim dələduzluq yolu ilə vətəndaşın 280 min manat pulunu ələ keçirdi

1 saylı Şəhər Dəri-zöhrəvi Dispanserinin baş həkimin məhkəməsi başlayır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 1 saylı Şəhər Dəri-zöhrəvi Dispanserin baş həkimi Rəşad İsmayılovun qanunsuz əməlləri ilə bağlı vətəndaş müraciəti əsasında aparılan araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Aparılan […]