Hadisə

“Range Rover”lə YPX maşınını vuran sərxoş sürücü həbs edildi — FOTO

İyunun 21-i paytaxtın Heydər Əliyev prospektində qaydaları pozan 10-VP-999 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü yol polisinin saxla işarəsinə məhəl qoymayaraq qaçmağa çalışıb. XəbərAl.az xəbər verir ki, bu zaman yol polisi əməkdaşları onu saxlamağa çalışarkən sürücü 99-YP-457 qeydiyyat nişanlı YPX avtomobilini qəsdən vuraraq qaçıb. Daha sonra sürücü süni tıxac yaradılaraq dayandırılıb. Saxlanılan zaman məlum olub […]

Hadisə

Azərbaycanda şirkət direktoru həbs edildi

İyunun 18-də Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilərkən ayrı-ayrı şəxslər tərəfindən Klara Cəfərovanın Avropada işə düzəltmək adı ilə onlardan və digər şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi barədə müraciətlər daxil olub. Bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib. Müəyyən edilib ki, bir qrup şəxsin “Poseidon Talents Consulting” MMC-nin direktoru […]

Hadisə

Baş Prokurorluqdan “Azure” biznes mərkəzindəki intiharla bağlı AÇIQLAMA

Baş Prokurorluq “Azure” biznes mərkəzində baş verən intihar hadisəsi ilə bağlı açıqlama yayıb. Baş Prokurorluqdan bildirilib ki, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib. Faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: “Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul […]

Hadisə

Çimərlikdə “Niva” sürənlər saxlanıldı – Video

Sumqayıt şəhəri Novxanı çimərliyində insanların istirahətini pozan sürücülər saxlanılıblar. “XəbərAl.az” xəbər verir ki, bir neçə gün əvvəl idarə etdikləri “Niva” markalı avtomobillərlə Novxanı çimərliyində vətəndaşların istirahətini pozaraq bu görüntüləri sosial şəbəkələrdə yayan sürücülər Sumqayıt Şəhər DYP əməkdaşları tərəfindən saxlanılıblar. Həmin maşınların sürücüləri, Sumqayıt şəhər sakini Nurlan Mirzəliyev və Abşeron rayon sakini Kənan Əlicanov barəsində İnzibati […]

Hadisə

Pirallahıda əməliyyat —İcra Hakimiyyətinin işçiləri dindirilir

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Bakı şəhər Pirallahı rayonunda əməliyyat keçirilib. XəbərAl.az bildirir ki, Konkret.az-a daxil olan məlumata görə, sözügedən rayonda COVID-19 pasportlarının pulla satılmasına dair şübhələr müəyyən edilib. Məlumatda daha sonra deylir ki, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov işdən azad edilib. Onun müavini Kəmalə Mustafayeva isə dindirilib. […]

Hadisə

DYP rüşvət aldığı iddia edilən polislə bağlı araşdırmaya başladı

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib. “XəbərAl.az” xəbər verir ki, videoda yol hərəkəti qaydasını pozan sürücünün yol polisi əməkdaşı tərəfindən saxlanıldığı görünür. Daha sonra davam etdirilən söhbət zamanı sürücü qaydanı pozduğunu etiraf etsə də, yol polisi əməkdaşına rüşvət təklif […]

Hadisə

Azərbaycanlı qardaşların milyardlarına həbs qoyuldu — VİDEO

Rusiya məhkəməsi azərbaycanlı Müşfiq və Allahverdi Abdullayev qardaşlarının əmlaklarına həbs qoyub. XəbərAl.az xəbər verir ki, “TD İntertorq” şirkətinin sahibi olan qardaşlar “Sberbank”dan götürdükləri 8 milyardlıq krediti mənimsəməkdə ittiham olunublar. Məhkəmə onların 2 milyard rubl (təxminən 28 milyon dollar) dəyərində olan əmlaklarına həbs qoyub. Həbs qoyulan mülklər arasında Abdullayevlərin ticarət mərkəzləri, şəhərin mərkəzində mənzilləri, ofisləri var.  Rusiya […]