Hadisə

Polis “Lido”da əməliyyat keçirdi — 60 nəfər SAXLANILDI

Sharing is caring!

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Lido” restoranında qanunsuz toy keçirilməsi faxtı aşkarlanıb.

XəbərAl.az-ın əldə etdiyi məlumata görə adıçəkilən restoranda Binəqədi rayon polis idarəsinin əməkdaşları əməliyyat keçirib. 

Əməliyyat zamanı restoranın rəhbərliyi, toyun sahibləri və 60 nəfər toy iştirakçısı saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir