Gündəm

Vilayət Eyvazov Gəncənin rəis müavinini Bakıya gətirdi

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. XəbərAl.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Oktay Süleymanlı tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə, o, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

Gündəm

Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldı

Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.  XəbərAl.az xəbər verir ki, məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafiq Şəfiyev, eləcə də başçının digər müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Vəfa Abbasova tutduqları vəzifədən azad ediliblər. İcra hakimiyyətinin rəsmi saytında müvafiq vəzifələr üzrə hələlik […]

Gündəm manset

DTX həbs etdiyi icra başçısı Zakir Fərəcovun yaxın qohumudur

Ötən gün Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovla bağlı maraqlı faktlar üzə çıxıb. XəbərAl.az xəbər saytının əldə etdiyi məlumata görə, Namiq Zeynalov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qudası Akif Zeynalovun qardaşıdır.  Xatırladaq ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində Namiq Rəsul […]

Gündəm manset

Ağcabədi xəstəxanasının direktoru rüşvətə görə həbs edildi – RƏSMİ

“Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin direktoru və digər vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, “Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində işləyən Tahirov Fövzi Tahir oğlunun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində […]

Gündəm manset

İdarə rəisi vəzifəsindən azad olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.  XəbərAl.az xəbər verir ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Mübariz Vəliyev vəzifəsindən azad olunub. Bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, Mübariz Vəliyev digər vəzifəyə təyin olunması ilə əlaqədar əvvəlki vəzifəsindən azad edilib: “Hazırda idarənin rəisi vəzifəsi müvəqqəti olaraq Ekologiya və Təbii […]

Gündəm

DSX-nin polkovniki vəfat etdi

Dövlət Sərhəd Xidmətinin polkovniki Şaiq Abdullayev vəfat edib. XəbərAl.az xəbər verir ki, o, ötən gün doğulduğu Qazax rayonunda dəfn edilib. Şaiq Abdullayevlə eyni gündə qardaşı, uzun müddət Qazaxda müxtəlif vəzifələrdə çalışmış Hüseyn Abdullayev də dünyasını dəyişib. Qohumları onların ikisinin də koronavirusun səbəb olduğu ağırlaşmadan vəfat etdiyini bildirib.

Gündəm manset

Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi – RƏSMİ+VİDEO

Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq, Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib. Bununla bağlı Əsir və İtkin […]

Gündəm

Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi

Saatlı Rayon İcra Hakimiyyətində yeni təyinat olub. XəbərAl.az xəbər verir ki, bununla bağlı RİH-nin başçısı Elmir Bağırov əmr imzalayıb. Əmrə əsasən, onun köməkçisi Əzizov Ruhid Seyidəzim oğlu vəzifəsindən azad olunaraq, Saatlı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə təyin edilib. Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra […]

Gündəm

DİN-in sabiq rəisi vəfat etdi – FOTO

Daxili İşlər Nazirliyinin Gədəbəy Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin sabiq rəisi, polis polkovnik-leytenantı Vüqar Hüseynov vəfat edib.  XəbərAl.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bildirilib ki, V.Hüseynov iki ay əvvəl təqaüdə çıxıb. 

Gündəm

Azərbaycanda vəzifəli şəxs intihar etdi

Dekabrın 12-də saat 11 radələrində Cəlilabad rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində işləmiş 1960-cı il təvəllüdlü Həsənov Meyti Əbil oğlunun yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə Cəlilabad rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb […]