Ana Səhfə Gündəm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu şöbəsində olan anlaşılmamazlıq öz həllini tapdı!

Çox hörmətli cənab Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov siz başda olmaqla bütün xidmətin əməkdaşlarına, o cümlədən xidmətin Ağsu rayon şöbəsinin rəisi Aqşin Xancanova XəbərAl.az saytının kollektivi adından xüsusi təşəkkürümü bildirirəm. Ona görə ki, bir neçə gün öncə Ağsu rayonundan olan şikayətçimizin müraciətinə əsasən XəbərAl.az saytında “Səfərbərlik və Hərbi […]

Gündəm

Karantin rejimi qaydalarını pozan vəzifəli şəxslər həbs edildi – RƏSMİ

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir. Baş Prokurorluqdan verilən məlumata görə, vəzifəli şəxslər – Cahangirli Pərviz Vasif oğlu və Kərimov Elçin Rafiq oğlunun “icaze.gov.az” portalına saxta məlumatlar daxil edərək, ölkədə mövcud olan sərtləşdirilmiş xüsusi karantin […]

Ana Səhfə Gündəm

Fabrik şəhid anasını işdən çıxardı: “Dedim, heç olmasa, üzümün yarası sağalsın…”

Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan birinin – Adil Akif oğlu Rzayevin anası işdən çıxarılıb. Bu barədə şəhidin anası Məhbubə Hüseynova məlumat verib. Ana deyir ki, 1999-cu il avqustun 20-də Qobustan rayonunun Xilmilli kəndində anadan olan Adil ailənin beşinci övladı imiş: “Üç oğlum, iki qızım vardı. Adilə sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə […]

Gündəm Manşetüstü

Xətaidə dövlət rəmzinə hörmətsizlik: Binanın üzərində asılmış bayraq cırılıb-FOTOLAR

Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsində yaşayış binasının üzərindən (İkinci kvadrat” adlanan binaların birində-müəll.) asılmış Azərbaycan Respublikasının dövlət bayrağı cırılaraq yararsız hala düşüb. Bu barədə sakinlər məlumat verib. “Bu bayraq 44 günlük Vətən müharibəsi dövründə asılmışdı. Kənardan çox gözəl görünürdü. Lakin 2 gündür ki, güclü külək bayrağı cıraraq yararsız hala salıb. Lakin gəlib baxan, durumla […]

Ana Səhfə Gündəm

Nazirlikdə yüksək vəzifədə çalışmış şəxs rüşvətə görə həbs olundu – RƏSMİ

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Məmmədov Oruc Nüsrət oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında həyata keçirilmiş təxirəsaslınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri […]

Gündəm manset

Rüşvət almaqda təqsirləndirilən sabiq rəis HƏBS EDİLDİ

Binəqədi rayon Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayon Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi Oruc Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb. XəbərAl.az xəbər verir ki, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, O. Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. […]

Gündəm manset

Tərtərin başçısından şəhid anasına təhqir: “1000 manat alanda yaxşıydı…” — VİDEO

Nəzakət Aslanova… O, Tərtərdə yaşayır. Əslən Ağdərə köçkünüdür. Nəzakət xanımın taleyinə nə yazılıbsa, ikinci dəfədir əzizi Vətən üçün şəhidlik zirvəsinə ucalır.Hələ I Qarabağ savaşında onun qardaşı Ağdaban hadisələrində şəhid olub, məzarı düşməndən 28 il sonra azad edilmiş Kəlbəcərdədir.Bu dəfə – II Qarabağ müharibəsində isə N.Aslanova balasını Vətənə qurban verib. Oğlu – gizir Aslanov Xəyal Qüdrət […]

Gündəm manset

“Relax” Ailəvi İstirahət Mərkəzində Yeni il Şənliyinə Hazırlıq Gedir?-Fotofakt

XəbərAl.az saytı xəbər verir ki, bütün dünyanı, o cümlədən Azərbaycanı öz cənginə alan, milyonlarla insanın ölümünə səbəb olan, Koronavirus xəstəliyinin tüğyan etdiyi bir vaxtda, Lerikin Millət Vəkili İqbal Məmmədovun qalmaqallı “Relax” ailəvi istirahət mərkəzində yeni il şənliyinə ciddi hazırlıq işləri görülür. Koronavirusun (Covid 19) tüğyan etdiyi, hər gün onlarla can xəstəliyin qurbanı olduğu və həkimlərin […]

Gündəm manset

Goranboy polisindən əməliyyat: Həbs olunanlar var

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) inzibati ərazilərində xidmət aparan zamanı rayonun Qızılhacılı qəsəbəsi ərazisində gizli şəkildə fəaliyyət göstərən “Yurd Yeri” adlı kafe aşkarlayıb. Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, obyektdə olan qəsəbə sakinləri Azər Məmmədov, İlkin İsgəndərov, Seymur Abbasov, Vüsal Məmmədov, Pərviz Əliyev, Elçin Məmmədov, Zülfiqar Qasımov, Səbuhi Hacıyev, Hüseyn […]

Gündəm

Azərbaycanda nöqsanla işdən çıxarılan vəzifəli şəxs rüşvətə görə həbs edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir müddət əvvəl işdən çıxarılan vəzifəli şəxsi rüşvətə görə həbs edilib. XəbərAl.az xəbər verir ki , Nazirliyin Abşeron rayon Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Məmmədov Oruc Nüsrət oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində istintaq davam etdirilir. Qeyd edək ki, O.Məmmədov […]