Dünya

Ərdoğan: “Zelenskinin on maddəlik sülh planını dəstəkləyirik”

“Ukrayna Prezidenti Volodimir Zelenskinin on maddəlik sülh planını prinsipcə dəstəkləyirik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Cənub-Şərqi Avropa Sammitinə videomüraciətində deyib. O bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında növbəti görüşə ev sahibliyi etməyə hazırdır. “Şərqi Avropadakı savaşın ədalətli və dayanıqlı sülhlə başa çatması üçün çalışırıq. Bunun üçün diplomatiya və dialoqa şans verilməlidir”, – deyə o […]

Dünya

Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırıldı

Çanaqqala boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məsələ ilə bağlı açıqlama verilib. “Qatı duman səbəbindən yaranan görmə məhdudiyyətinə görə Çanaqqala boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb”, – deyə qurumdan bildirilib. Mənbə: Haber Global Xeberal.az

Dünya

Türkiyə yeni robot silahını istifadəyə verəcək – FOTO/VİDEO

Türkiyə yeni yerli istehsallı silahını xidmətə hazırlayır. “Trakon Targan” adlı uzaqdan idarə oluna bilən robot texnika dəniz platformalarını qorumaq üçün istifadə olunacaq. Bildirilib ki, sistemin Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olması istiqamətində işlər görülür. Texnikanın təhvil veriləcəyi dəqiq tarix açıqlanmayıb. Mənbə: Anadolu Xeberal.az

Dünya

Paşinyan KTMT ilə münasibətlərə aydınlıq gətirdi

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərin dondurulması Ermənistanın burada KTMT-də daimi nümayəndəsinin olmaması, yüksək səviyyəli tədbirlərdə iştirak etməməsi deməkdir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib. “Təşkilat öz öhdəliklərini yerinə yetirməsə, Ermənistan KTMT-yə üzvlüyünü hüquqi olaraq donduracaq” – o bildirib. Mənbə: TASS Xeberal.az

Dünya

Zaxarova Paşinyanın Rusiyaya qarşı səsləndirdiyi ittihamlara cavab verdi

“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın guya bu ölkədə dövlət çevrilişinə çağırışları ilə bağlı dediyi sözlərin heç bir əsası yoxdur, Moskva heç vaxt belə şeyə hətta eyham belə vurmayıb”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə söyləyib. Diplomat qeyd edib ki, Rusiya rəsmiləri heç vaxt qanuni yolla seçilmiş […]

Dünya

Ceyhun Bayramov almaniyalı həmkarı ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışıb – FOTO

Almaniyaya işgüzar səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov alman həmkarı Annalena Berbok ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində məlumat verilib. Bildirilir ki, nazirlər ölkələr arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər. Within the working visit to Germany Foreign Minister @Bayramov_Jeyhun had […]

Dünya

Rusiya XİN Ermənistanı ittiham edib – VİDEO

“Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı işlər Ermənistan tərəfinin mövqeyinə görə dayanıb”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 28-də keçirdiyi brifinqdə Baku.TV/RU-nun sualına cavab verərkən deyib. O xatırladıb ki, Ermənistan hakimiyyəti daha əvvəl regional kommunikasiyaları açmağa hazır olduqlarından danışıb: “Azərbaycan bundan imtina etməyib. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin […]

Dünya

Qara dənizdə Türkiyə gəmisinə raket düşdü – FOTO

Türkiyənin “Kuruoğlu-3” quru yük gəmisinə Xerson limanında iki raket düşüb. Bu barədə “Kuruoğlu” dənizçilik şirkətindən məlumat verilib. “Şirkətimizə məxsus, Türkiyə bayrağı altında üzən “MV Kuruoğlu-3” gəmisi 22.02.2022-ci il tarixində yük boşaltmaq məqsədilə limana yaxınlaşıb və Rusiya-Ukrayna müharibəsi səbəbindən iki ildir, limanda qalıb. 27.02.2024-cü il tarixində Rusiya tərəfindən atıldığını güman etdiyimiz iki raket gəmimizə düşüb və […]

Dünya

Arazın o tayındakı Xudafərində dəhşətli qəza: Ölənlər və yaralananlar var – FOTO

Bu gün Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhərində dəhşətli avtomobil qəzası baş verib. Bu barədə “Azad İran” “Telegram” kanalı Qızıl Aypara Cəmiyyətinin nümayəndəsinə istinadla xəbər verib. Bildirilir ki, Xudafərin yolunda şəhər mərkəzinə doğru hərəkət edən “Peugeot 405” və “Quick” markalı avtomobillər toqquşub. Qəza nəticəsində üç nəfər ölüb, daha üç nəfər yaralanıb.   Xeberal.az

Dünya

Zaxarova: “Rusiyalı sərhədçilərin çıxarılmasına dair Ermənistandan hər hansı tələb almamışıq”

“Rusiya hakimiyyəti erməni həmkarlarından İrəvanın Zvartnos hava limanında rusiyalı sərhədçilərin işinin dayandırılması barədə tələb almayıb”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. “Milli Məclisin spikerinin qaldırdığı mövzulara nə dərəcədə cavabdeh olduğu bəlli deyil. Biz bununla bağlı Ermənistan hakimiyyətindən hər hansı sorğu almamışıq”, – deyə Zaxarova qeyd edib. XİN nümayəndəsi […]