Dünya

Zaxarova: “Rusiyalı sərhədçilərin çıxarılmasına dair Ermənistandan hər hansı tələb almamışıq”

Sharing is caring!


“Rusiya hakimiyyəti erməni həmkarlarından İrəvanın Zvartnos hava limanında rusiyalı sərhədçilərin işinin dayandırılması barədə tələb almayıb”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Milli Məclisin spikerinin qaldırdığı mövzulara nə dərəcədə cavabdeh olduğu bəlli deyil. Biz bununla bağlı Ermənistan hakimiyyətindən hər hansı sorğu almamışıq”, – deyə Zaxarova qeyd edib.

XİN nümayəndəsi əlavə edib ki, Rusiya Ermənistan parlamentinin sədri Alen Simonyanın rusiyalı sərhədçilərin İrəvanın Zvartnos hava limanından çıxarılmasının zəruriliyi ilə bağlı sözlərini qeyri-dost davranışının növbəti nümunəsi kimi nəzərdən keçirir.

Mənbə: TASS 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir