Dünya

Ərdoğan: “Zelenskinin on maddəlik sülh planını dəstəkləyirik”

Sharing is caring!


“Ukrayna Prezidenti Volodimir Zelenskinin on maddəlik sülh planını prinsipcə dəstəkləyirik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Cənub-Şərqi Avropa Sammitinə videomüraciətində deyib.

O bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında növbəti görüşə ev sahibliyi etməyə hazırdır.

“Şərqi Avropadakı savaşın ədalətli və dayanıqlı sülhlə başa çatması üçün çalışırıq. Bunun üçün diplomatiya və dialoqa şans verilməlidir”, – deyə o bəyan edib.

Ərdoğan qeyd edib ki, bütün cəhdlərə rəğmən, Ukraynadakı müharibənin dayandırılması ilə bağlı lazımi nəticə əldə olunmayıb və sülh üçün tərəflərin bir araya gətirilməsinə ehtiyac var.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir