İdman

Kadi Borges: “Transfer işlərimlə agentim məşğul olur”

Sharing is caring!

Qış transfer pəncərəsi zamanı “Qarabağ”ı “Krasnodar”a dəyişən Kadi Borges Rusiya klubuna keçidi barədə danışıb.

Braziliyalı futbolçu qonşu ölkənin digər klublarının da ona maraq göstərdiyini deyib:

“Keçən ilin sonunda, fasiləyə bir həftə qalmış “Krasnodar”ın mənimlə maraqlandığını bildim. Transfer işlərimlə agentim məşğul olur. Öncə “Krasnodar”ın mənim üçün təzminat ödəyəcəyini düşünmürdüm. Çünki “Qarabağ”la yeni müqavilə bağlamışdım. Klubun mənə nə qədər ümid bəslədiyi aydın olanda menecerimə bu çağırışı qəbul etmək istədiyimi söylədim. Gözləntilərim böyükdür. Çox xoşbəxtəm. Bu, mənim üçün böyük sınaqdır”.

Rusiyadan başqa təkliflər də var idi, amma əvvəllər. Onda hələ “Qarabağ”la yeni müqavilə imzalamamışdım. Hansı klublar olduğunu açıqlaya bilmərəm”.

“Sambaçı” Çempionlar Liqasının qrup mərhələsində oynamaq istədiyini deyib:

“Çempionlar Liqasının qrup mərhələsində oynamağı arzulayıram. “Qarabağ”da bunun üçün son addım kifayət etmədi. Ümid edirəm ki, “Krasnodar” yaxın gələcəkdə Avropa futboluna qoşulacaq”.

Kadi yanvarda “Krasnodar”a keçib. Bu transferdən “Qarabağ” 5 milyon avroya yaxın məbləğ əldə edib. “Transfermarkt” portalına görə isə Rusiya klubu braziliyalı üçün 2 milyon avro xərcə düşüb.

Mənbə: metaratings.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir