Dünya

Qara dənizdə Türkiyə gəmisinə raket düşdü – FOTO

Sharing is caring!


Türkiyənin “Kuruoğlu-3” quru yük gəmisinə Xerson limanında iki raket düşüb.

Bu barədə “Kuruoğlu” dənizçilik şirkətindən məlumat verilib.

“Şirkətimizə məxsus, Türkiyə bayrağı altında üzən “MV Kuruoğlu-3” gəmisi 22.02.2022-ci il tarixində yük boşaltmaq məqsədilə limana yaxınlaşıb və Rusiya-Ukrayna müharibəsi səbəbindən iki ildir, limanda qalıb.

27.02.2024-cü il tarixində Rusiya tərəfindən atıldığını güman etdiyimiz iki raket gəmimizə düşüb və ona su dolmağa başlayıb. Gəmimiz kəndirlərin köməyilə estakadaya bərkidilib. Kəndirlər hər an qopa və gəmimiz bata bilər”, – deyə şirkətdən qeyd edilib.

Qara dənizdə təhlükə səbəbindən aylarla evlərinə qayıda bilməyən türkiyəli dənizçilər var. Rusiyanın hücumundan sonra Ukrayna limanlarında qalan 12 türk gəmisi iki ilə yaxındır ki, geri qayıdacağı günü gözləyir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir