Cəmiyyət

Biləcəri qəsəbəsində qatar deposunda yanğın baş verib – VİDEO

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qatar deposunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Oxu.Az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlərlə yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri dəmiryol deposunun ərazisində dəmiryol xətti boyunca 600m² sahədə quru ot, 50 ədəd taxta şpal, taxta tullantıları, ərazidən keçən elektrik kabeli 8p.m və 15 ədəd ağac yanıb. Vaqonlar, digər ağaclar, kommunikasiya xətləri və ərazidəki tikililər yanğından mühafizə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir