Dünya

Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır – ŞƏRH + FOTO

Tək regionda deyil, dünyada da nüfuzu gündən-günə artan Azərbaycan təhlükəsizlik və davamlı iqtisadi inkişaf baxımından əhəmiyyətli, strateji ölkə statusunu saxlayır. Prezident İlham Əliyevin aprelin 22-də Rusiyaya səfəri, orada müzakirə olunan məsələlər də bunu bir daha təsdiq edir. Dövlət başçısının Moskvaya səfəri mühüm və xüsusi əhəmiyyət kəsb edir, çünki bu, onun yenidən Azərbaycan prezidenti seçildikdən sonra […]

Dünya

“Google”un hələ təqdim edilməmiş smartfonu satışa çıxarılıb – VİDEO

“Google”un hələ təqdim edilməmiş “Pixel 8a” subflaqman smartfonu Mərakeş mağazalarında satışa çıxarılıb. Smartfonun tam təqdimatı yalnız mayın 14-də keçiriləcək “Google I/O 2024” konfransında baş tutacaq. Bununla belə, “Pixel 8a” artıq Kasablankada satılır. Onun “8/128 GB” versiyasının qiyməti 4750 Mərakeş dirhəmidir (təxminən 797 manat). Cihazın mavi və yaşıl rəng seçimləri mövcuddur. Qutuda “Pixel 8a” smartfonundan əlavə […]

Dünya

Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar

Almaniya məktəblərində müsəlman şagirdlərin sayı artmağa başlayıb. Bu barədə Almaniyanın dövlət təhlükəsizlik xidmətindəki anonim mənbəyə istinadən məlumat yayılıb. Qeyd olunub ki, uşaqların islamı qəbul etmək istəmələrinin səbəbinin yaşıdlarından seçilmək istəməmələridir. “Almaniyada getdikcə daha çox valideyn məsləhət mərkəzlərinə müraciət edir, çünki onların xristian uşaqları məktəbdə seçilməmək üçün islamı qəbul etmək istəyirlər”, – deyə mənbənin verdiyi məlumatda […]

Dünya

Liviyanı güclü qum fırtınası bürüyüb – VİDEO

Liviyanın şərqini bürüyən qum fırtınası Benqazi və Tobruk şəhərlərinin hava limanlarının fəaliyyətini iflic edib. Qum fırtınası ilə əlaqədar bölgədəki dövlət idarələri və məktəblər də fəaliyyətini dayandırıb. Qum fırtınasının tüğyan etdiyi şəhərlərdə səma qırmızı, sarı rəngə boyanıb. Mənbə: The Libya Observer Xeberal.az

Dünya

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Latviya hökuməti 2026-cı ildən başlayaraq məktəblərdə rus dilinin ikinci xarici dil kimi öyrənilməsindən imtina etmək qərarına gəlib. Məlumata görə, 2025-ci il sentyabrın 1-dən əvvəl onu ikinci xarici dil kimi seçən məktəblilər təhsil ilinin sonuna qədər bu dili öyrənə biləcəklər. Daha sonra tələbələrə rus dili əvəzinə Avropa İttifaqı, Avrozona ölkələrinin rəsmi dilləri və ya təhsillə bağlı […]

Dünya

Avropa İttifaqı “TikTok Lite”ı söndürməyi planlaşdırır

Avropa Komissiyası “TikTok”un ana şirkəti olan “ByteDance” ilə bağlı Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozduğu iddiası ilə araşdırmaya başlayıb. Bu ilin aprelində Fransa və İspaniyada istifadəyə verilən “TikTok Lite” istifadəçilərə videolara baxmaq, bəyənmə və digər fəaliyyətlər üçün xal qazanmağa imkan verir. Bu xalları Amazon sertifikatları və ya yayımçılara hədiyyələr vermək üçün istifadə edilə bilən “TikTok” rəqəmsal […]

Dünya

Çində “qırmızı” təhlükə səviyyəsi elan edildi – VİDEO

Çinin cənubundakı Quanqdun təbii fəlakətin əsarətindədir. Vilayətin Şençjen şəhərində güclü yağışlar səbəbindən “qırmızı” hava təhlükəsi səviyyəsi (ən yüksək) elan edilib. Bu barədə yerli meteorologiya bürosundan xəbər verilib. Hesabatda, həmçinin qeyd olunub ki, aprelin 1-dən aprelin 23-dək vilayətin 14 şəhərində düşən yağıntının miqdarı aprelin yerli rekordundan çox olub. Xatırladaq ki, Çində bir neçə gün davam edən […]

Dünya

TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”

“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Suverenlik və Uşaqlar Günü münasibətilə parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, parlamentin əsas vəzifələrindən biri yeni konstitusiyanın qəbul edilməsidir. Kurtulmuş yaxın günlərdə müzakirələrin başlayacağını bildirib. TBMM sədri vətəndaş cəmiyyətini və universitetləri prosesə töhfə verməyə çağırıb. Mənbə: Milliyet.com.tr […]

Dünya

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

“Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər”. Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif “Hayastan” blokunun deputatı Qarnik Danielyan çıxış edib.   O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan polis hadisə yerinə yaxınlaşan “Yerkrapa” Könüllülər Birliyinin avtomobillərinin qarşısından çəkilib, həmən təşkilatın üzvləri isə maşını etirazçıların üzərinə sürüb. Erməni deputat […]

Dünya

İsrail Livanda “Hizbullah”ın iki komandirini öldürüb

İsrail Müdafiə Ordusu Livanda “Hizbullah”ın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandirlərindən biri olan Xasin Əli Azkulu və qruplaşmanın “Raduan” xüsusi təyinatlı dəstəsi komandirlərindən sayılan Məhəmməd Xəlil Atiyanı öldürdüklərini təsdiqləyib. Məlumata görə, Xasin Əli Azkul İsrail sərhədindən 35 km aralı, Tir şəhərinin şimalında Əbu əl-Asuad və Adlun arasında avtomobildə gedərkən PUA-dan atılan raketlə vurulub. “Radvan” xüsusi təyinatlılarının […]