Dünya

Çində “qırmızı” təhlükə səviyyəsi elan edildi – VİDEO

Sharing is caring!




Çinin cənubundakı Quanqdun təbii fəlakətin əsarətindədir. Vilayətin Şençjen şəhərində güclü yağışlar səbəbindən “qırmızı” hava təhlükəsi səviyyəsi (ən yüksək) elan edilib.

Bu barədə yerli meteorologiya bürosundan xəbər verilib.

Hesabatda, həmçinin qeyd olunub ki, aprelin 1-dən aprelin 23-dək vilayətin 14 şəhərində düşən yağıntının miqdarı aprelin yerli rekordundan çox olub.

Xatırladaq ki, Çində bir neçə gün davam edən leysan son 50 ilin ən böyük daşqınına səbəb olub. 100 mindən çox insan təxliyə edilib, 1,16 milyona yaxın sakin işıqsız qalıb, məktəblər bağlanıb.

Mənbə: mir24.tv

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir