Dünya

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Sharing is caring!




Latviya hökuməti 2026-cı ildən başlayaraq məktəblərdə rus dilinin ikinci xarici dil kimi öyrənilməsindən imtina etmək qərarına gəlib.

Məlumata görə, 2025-ci il sentyabrın 1-dən əvvəl onu ikinci xarici dil kimi seçən məktəblilər təhsil ilinin sonuna qədər bu dili öyrənə biləcəklər. Daha sonra tələbələrə rus dili əvəzinə Avropa İttifaqı, Avrozona ölkələrinin rəsmi dilləri və ya təhsillə bağlı hökumətlərarası sazişlərlə tənzimlənən xarici dil təklif olunacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir